EURO-2021-in seçməsində millimizin heyətində kimlər oynayacaq - İNTİQAM təqdim edir (AZpress.AZ)

EURO-2021-in seçməsində millimizin heyətində kimlər oynayacaq - İNTİQAM təqdim edir (AZpress.AZ)

EURO-2021-in seçməsində millimizin heyətində kimlər oynayacaq

 

İyunun 25-də 3X3 basketbolu üzrə Avropa çempionatının (EURO-2021) seçmə qrup oyunları keçiriləcək. Yarışda Azərbaycan yığması da iştirak edəcək. Artıq yığmamızım məşrçilər korpusu seçmələrdə xidmətindən yararlanmaq istədiyi oyunçuların adlarını açıqlayıb. Azərbaycan Basketbol Federasiyasından verilən məlumata görə, yığmamızın heyətində Anar Hacıyev, Polad Həsənov, Cəbrayıl Əkbərov və Endar Poladxanlıdan ibarət 4-lük yer alıb. Yığmamız yer aldığı D qrupunda Andorra, Belçika və Almaniya millisi ilə qarşılaşacaq. Yığmamızım oyunlar İzrailin paytaxtı Əl-Təvivdə keçiriləcək. Təqvimə əsasən ilk rəqibi Belçika olan yığmamız ardından Andorra və Almaniya ilə üzləşəcək. Reqlamentə görə qruplarda ilk iki yeri tutan komandalar 1\4 finala çıxacaq. Çempionatın son final mərhələsi isə 11-12 sentyabrda Parisdə (Fransa) keçiriləcək.

 

İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]