Paracüdoçumuz Kənan Abdullaxanlı Qran-Prinin qalibi olub - İNTİQAM təqdim edir (AZpress.AZ)

Paracüdoçumuz Kənan Abdullaxanlı Qran-Prinin qalibi olub - İNTİQAM təqdim edir (AZpress.AZ)

Paracüdoçumuz Kənan Abdullaxanlı Qran-Prinin qalibi olub - İNTİQAM təqdim edir (AZpress.AZ)

 

19-20 iyun aralığında Uorvikdə (Böyük Britaniya) paracüdo üzrə keçirilən və son Olimpiya təsnifatlı olan Beynəlxalq Qran-Pri başa çatıb. Turnir Azərbaycan yığması üçün uğurlu olub. Belə ki, yarışa qatılan 3 təmsilçimizdən ikisi çıxışını uğurla başa vurmaqla, mükafatçılar arasında yer alıb. Ən yaxşı nəticəni isə 100 kq-da güləşən Kənan Abdullaxanlı göstərib. Bütün görüşlərini (4 görüş) qələbə ilə bitirən Abdullaxanlı birinci yeri tutmaqla Qran-Prinin qızıl medalını qazanıb. Ondan əvvəl isə qadın paracüdoçumuz - Bəsti Səfərova (52 kq) yalnız finalda uduzaraq, gümüş medalla kifayətlənib. Triomuzdan yalnız Dursədəf Kərimova (+78 kq) turnirlə əliboş vidalaşıb. Yeri gəlmişkən, AMPK-dən verilən məlumata görə, paralimpiadaçılarımız hazırda Tokio-2020-yə 19 lisünziya qazanıblar. Bu say çox güman ki, paracüdoçuların son reytinq cədvəli elan ediləndən sonra bir qədər də artacaq. Hazırda qazanılan lisenziyalardan 8-i atletlərin, 4-ü parataekvondoçuların, 3-ü üzgüçülərin, 2-si snayperlərin və 2-ci də pauerliftinqçilrərin payına düşür.

 

İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]