Qazaxıstan Respublikasının Baş Nazirin Müavini - Xarici İşlər Naziri M.Tileuberdinin mətbuat konfransında bəyanatı

Qazaxıstan Respublikasının Baş Nazirin Müavini - Xarici İşlər Naziri M.Tileuberdinin mətbuat konfransında bəyanatı

Hörmətli Ceyhun Əziz oğlu!
Hörmətli KİV nümayəndələri, xanımlar və cənablar!



İlk növbədə hörmətli həmkarım, Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Əziz oğlu Bayramova Bakıya rəsmi səfərim zamanı səmimi qəbula və qonaqpərvərliyə görə təşəkkür edirəm.


Bugünkü danışıqlar zamanı biz ikitərəfli və çoxtərəfli əməkdaşlığın aktual məsələlərin geniş dairəsi, yüksək səviyyəli razılaşmaların həyata keçirilməsi, regional və beynəlxalq gündəmi üzrə “saatlarımızı tutuşdurduq”.


Bildiyiniz kimi, ölkələrimiz arasında mehriban qonşuluq, qarşılıqlı etimad və strateji tərəfdaşlığın uzunmüddətli strategiyasının təməli Birinci Prezident – Elbası Nursultan Nazarbayev, Azərbaycan Xalqının Ümumilli Lideri Heydər Əliyev, sonradan isə Prezident İlham Əliyev tərəfindən qoyulub.
Bu gün dövlətimizin Başçısı Kasım-Jomart Tokayev, Elbasının xarici siyasət kursunu davam etdirərək, Azərbaycanla hərtərəfli və dostluq münasibətlərin bundan sonra da möhkəmləndirilməsinə xüsusi önəm verir.


Qazaxıstan ölkələrimizin müstəqilliyinin 30 il müddətində Bakı ilə yaradılan və prinsipləri ölkələrimiz tərəfindən 2005-ci ildə imzalanan Strateji tərəfdaşlıq və müttəfiq münasibətlər haqqında Sazişi ilə təsbit edilən xoş tərədaşlıq və qarşılıqlı faydalı əməkdaşlığa yüksək qiymət verir.


Fürsətdən istifadə edərək, beynəlxalq qanun və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında Azərbaycana məxsus olan ərazilərin geri qaytarılması münasibətilə Azərbaycanı təbrik etmək istərdim. Həlak olmuş hərbiçilərin və mülki şəxslərin doğmalarına və yaxınlarına səmimi qəlbdən başsağlığı verirəm. Allah rəhmət eləsin!


Ümid edirik ki, Azərbaycan, Ermənistan və Rusiya arasında 10 noyabr 2020-ci il və cari ilin 11 yanvar tarixli üçtərəfli razılaşmaların həyata keçirilməsi regionda uzunmüddətli sülhə yol açar, Cənubi Qafqazın stabil və təhlükəsiz inkişafına təkan verəcək.


Regionda vəziyyətin stabilləşməsi Cənubi Qafqazın Qazaxıstan və Orta Asiya ölkələri ilə daha geniş transregional inteqrasiyası, Zəngəzur nəqliyyat dəhlizin açılmasını nəzərə alaraq, Xəzər liman infrastrukturun artan potensialın açılması üçün yeni şərtlər yaradır.  


Qeyd etmək istərdim ki, son illər ərzində Azərbaycan struktur və institusional islahatların aparılmasında, sosial-iqtisadi inkişafında, biznes və investisiya üçün əlverişli imkanların yaradılmasında həqiqətən də nəzərəçarpacaq uğurlara yiyələnib. Bu gün Azərbaycan iri energetika və nəqliyyat-logistika layihələrin xabına, beynəlxalq energetika təhlükəsizliyinin əsas oyunçusuna çevrilib. Regionda yeni geosiyasi reallıq, nəqliyyat kommunikasiyaların açılması ölkənizin regional mərkəz qismində rolunun gücləndirilməsinə yol açır.


Biz, Qazaxıstanda sevinirik ki, qardaş Azərbaycan dayanıqlı inkişaf, modernləşmə və tərəqqi yolu ilə inamla və əminliklə gedir.


Regional və beynəlxalq xaraketrli aktual məsələlər üzrə mövqelərimizin və maraqlarımızın yaxınlığını məmnuniyyətlə qeyd etmək istəyirəm. Çoxtərəfli formatda biz Birləşmiş Millətlər Təşkilatı, Acropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Müstəqil Dövlətlər Birliyi, Türk Şurası, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı və digər təşkilatlar çərçivəsində biz sıx qarşılıqlı əməkdaşlıq edirik. Burada mən türk dövlətlərin əməkdaşlığın inkişaf perspektivlərinə ümumi baxışlarımızı qeyd etmək istərdim.
Azərbaycan bizim üçün Cənubi Qafqazda və Xəzər regionunda əsas siyasi və ticari-iqtisadi tərəfdaşımızdır.


2016-2019-cu illərdə biz ticarət mübadiləsinin ikirəqəmli artımına nail olduq. Təəssüf ki, pandemiya və karantin məhdudiyyətləri fonunda ticarət mübadiləmiz 2020-ci ildə 38 faiz azalaraq, 142 millyon dollaradək düşüb. Bununla əlaqədar olaraq, biz iqtisadi diplomatiyamızı faəllaşdırmağa, onun artması, bir birimizin bazarlarına çıxarılan malların nomenklaturasının genişləndirilməsi üçün əlimizdə olan bütün vasitələrdən istifadə etməyə razılaşdıq. Biz əvvəlki göstəricilərin bərpası və yeni ticari göstəricilərə nail olması üçün hazırıq və kifayət qədər potensialımıza malikik.


Biz, mümkün qədər tez bir zamanda Qazaxıstanla Azərbaycan arasında birbaşa avia əlaqəni bərpa etməyə, işgüzar səfərlərin və kontaktların artımına imkan yaradacaq vaksinasiya pasportların qarşılıqlı tanınması məsələsini razılaşdırmaqda maraqlıyıq.


Böyük ümidlər nəqliyyat və kommunikasiyalar sahəsinə bəslənir. Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) çərçivəsində effektiv qarşılıqlı fəaliyyət qurulub ki, bu da ölkələrimizin tranzit cəlbediciliyini möhkəmləndirməyə və yükdaşımaların həcmini artırmağa imkan verir. Qazaxıstanın Aktau və Kurık limanların, Bakının Ələt limanının potensialı bu istiqamətdə inkişaf üçün böyük perspektivlərə malikdirlər.


Qazaxıstanın yük elektrovozların və buğdanın Azərbaycan bazarına davam edən tədarükünü məmnuniyyətlə qeyd etmək istəyirəm.


Mədəniyyət sahəsində əməkdaşlıq ölkələrin münasibətlərin önəmli və keyfiyyət göstəricilərindən biridir. Xüsusi diqqət mədəniyyət, elm, təhsil, səhiyyə, turizm və idman sahələrində müxtəlif birləşdirən tədbirlərin birgə keçirilməsinə yönəlib.


Ona görə də, praktiki planda biz iki xalqların bundan sonra da yaxınlaşmasına yönələn layihələri həyata keçirdirik ya da onlarda iştirak edirik. Bunlar, TÜRKSOY, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyası və s. himayəsi altında keçirilən həm ikitərəfli xarakterli, həm də çoxtərəfli formatda olan tədbirlərdir.


Burada, ötən il dahi şair və mütəfəkkir Abay Kunanbayulının 175-ci ildönümünü birgə həyata keçirilməsində verdiyi töhfələrə görə Azərbaycan tərəfinə təşəkkürümü bildirmək istərdim. Bu il, türk ölkələrində, həmçinin, Qazaxıstanda, biz dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880-ci ildönümünü qeyd edirik.
 

Bu gün Qazaxıstanda 120 min azərbaycanlı yaşayır və cəmiyyətimizin və dövlətimizin inkişafına dəyərli və mühüm töhfəsini verən bu böyük diaspor dostluğumuzun “qızıl” körpüsü rolunu oynayır.
Sonda diqqətinizi digər prinsipial məqama yönəltmək istərdim. Bu gün ölkələrimiz arasında dövlət suverenliyinə hörmət, açıqlıq, etimad və qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan möhkəm və əhatəli tərəfdaşlıq sistemi qurulub. Bizim əsas tapşırığımız onun bundan sonra da möhkəmləndirilməsi və təkmilləşdirilməsi və onun keyfiyyətcə dolğun etməsidir.


Nazir Ceyhun Beyramova ölkələrimiz arasında çoxplanlı əməkdaşlığının artırılmasında ümumi marağını ortaya qoyan məhsulda və məzmunlu danışıqlara görə bir daha təşəkkür etmək istəyirəm.
Diqqətiniz üçün minnətdaram.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]