Millət vəkili Ceyhun Məmmədov Misir Ərəb Respublikasının Azərbaycandakı səfiri Adel İbrahim Ahmed İbrahim ilə görüşüb - FOTO

Millət vəkili Ceyhun Məmmədov Misir Ərəb Respublikasının Azərbaycandakı səfiri Adel İbrahim Ahmed İbrahim ilə görüşüb - FOTO

İyunun 21-də Milli Məclisin Azərbaycan-Misir parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Ceyhun Məmmədov Misir Ərəb Respublikasının Azərbaycandakı səfiri Adel İbrahim Ahmed İbrahim ilə görüşüb.


Qonağı salamlayan deputat Milli Məclis rəhbərliyinin parlamentlərarası əməkdaşlığa və parlamentin beynəlxalq fəaliyyətinə böyük diqqət yetirdiyini bildirib.


Milli Məclisin Misirlə parlamentlərarası əlaqələr üzrə işçi qrupu barədə məlumat verən Ceyhun Məmmədov Misir parlamentində də müvafiq qrupun yaradılmasının əhəmiyyətini qeyd edib.


Azərbaycanı və Misiri birləşdirən ortaq dəyərlərdən danışan deputat iki ölkə arasında əlaqələri genişləndirmək üçün böyük potensialın olduğunu deyib,  əməkdaşlığın intensivləşdirilməsinin vacibliyindən danışıb.


Ceyhun Məmmədov səfirin Azərbaycanda diplomatik fəaliyyəti müddətində ölkələrimiz arasında dost münasibətlərin inkişafına çalışmasını yüksək dəyərləndirib, bu istiqamətdə gələcəkdə də onun öz səylərini əsirgəməyəcəyinə əminliyini bildirib.


 Öz növbəsində Misirin Azərbaycandakı səfiri Adel İbrahim Ahmed İbrahim ölkəmizdə fəaliyyət göstərməsindən məmnunluğunu ifadə edib. Misir xalqının Azərbaycana və Azərbaycan xalqına səmimi hisslər bəslədiyini vurğulayıb. İki ölkə arasında mövcud olan parlamentlərarası əlaqələrdən söz açan diplomat  bu əlaqələrin gələcək inkişafı üçün əlindən gələni əsirgəməyəcəyini deyib.


Görüş zamanı tərəflər Azərbaycan və Misir arasında ikitərəfli münasibətlərin inkişaf perspektivləri barədə də fikir mübadiləsi aparıblar.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]