Milli Paralimpiya komandasının idmançısı Tokio 2020 Yay Paralimpiya Oyunlarına 19-cu lisenziyanı qazandı

Milli Paralimpiya komandasının idmançısı Tokio 2020 Yay Paralimpiya Oyunlarına 19-cu lisenziyanı qazandı

BƏƏ-nin Dubay şəhərində keçirilən Dünya kubokunda Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin pauerlifting idman növü üzrə milli komandasının üzvü, 49 kq çəki dərəcəsində iştirak edən Pərvin Məmmədov 157 kq nəticə göstərərək yarışı 4-cü yerdə yekunlaşdırıb. Dubayda keçirilən Dünya kubokunda və daha öncə reytinq xalları qazandıran yarışlarda yüksək nəticə əldə etmiş Pərvin Məmmədov Tokio 2020 Yay Paralimpiya Oyunlarında Azərbaycanı təmsil edəcək.


Qeyd edək ki, bu günə Milli Paralimpiya Komitəsinin idmançıları Tokio 2020 Yay Paralimpiya Oyunlarına artıq 19 lisenziya əldə ediblər. Onlardan 8-i atletika, 4-ü parataekvando, 3-ü üzgüçülük, 2-si güllə atıcılığı və 2-si pauerliftinq növündəndir.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]