Teymur Rəcəbov "Grand Chess Tour"un rapid yarışını 8 xalla 8-ci yerdə bitirib - İNTİQAM təqdim edir (AZpress.AZ)

Teymur Rəcəbov "Grand Chess Tour"un rapid yarışını 8 xalla 8-ci yerdə bitirib - İNTİQAM təqdim edir (AZpress.AZ)

Teymur Rəcəbov "Grand Chess Tour"un rapid yarışını 8 xalla 8-ci yerdə bitirib 

 

İyunun 18-də Fransanın paytaxtı Parisdə start götürən və həmyerlimiz Teymur Rəcəbovun da qatıldığı "Grand Chess Tour"un mükafat fondu 150 min dollar təşkil edən ikinci mərhələ yarışı davam edir. Xəbər verdiyimiz kimi 5 gün davam etməsi nəzərdə tutulan turnirin ilk 3 günü şahmatçılar rapid turnirində, son iki gündə isə blits yarışında özlərinin sanayacaqdılar. Artıq rapid yarışları başa çatıb. 10 şahmatçının iştirakı ilə dairəvi sistem üzrə keçirilən və 9 turdan ibarət olan rapiddə Teymur Rəcəbov 8 xalla 8-ci olub. Rapid turnirində ilk 3 yeri isə müvafiq ardıcıllıqla Uesli So (ABŞ, 12 xal), Yan Nepomniyaşiy (Rusiya, 11 xal) və Etyen Bakro (Fransa, 10 xal) tutub. Bu gün isə 11 qrossmeysterin iştirakı ilə turnirdə blits yarışlarına start verilib. Yekunda iki yarışın ümumi nəticəsinə əsasən qalib aşkar ediləcək. Qalib olan şahmatçı 37.500 dollar mükafat qazanmış olacaq. Yeri gəlmişkən, blitsin ilk günü Rəcəbov 5 oyun keçirib ki, onlardan da 1-də udub, birində rəqiblə sülh bağlayıb, qalan 3-də isə uduzub.turnirə iyunun 22-də yekun vurulacaq. Xatırladaq ki, "Grand Chess Tour"un Buxarestdə (Rumıniya) klassik şahmat üzrə keçirilən və mükafat fondu 325 min dollar təkil edən birinci mərhələ yarışının qalibi Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov olub.

 

İNTİQAM Məmmədov
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]