Azərbaycan Dünya Kubokunda 7 şahmatçı ilə təmsil olunacaq - İNTİQAM təqdim edir (AZpress.AZ)

Azərbaycan Dünya Kubokunda 7 şahmatçı ilə təmsil olunacaq - İNTİQAM təqdim edir (AZpress.AZ)

Azərbaycan Dünya Kubokunda 7 şahmatçı ilə təmsil olunacaq 

 

İyulun 7-də Soçidə (Rusiya) Dünya Şahmat Tacı uğrunda keçirilən iddiaçılar turnirinə seçmə xarakteri daşıyan Dünya Kubokuna start veriləcək. 128 şahmatçının mübarizə aparacağı və mükafat fondu 1.890.000 dollar təşkil edən həmin yarışda ölkəmiz 7 qrossmeysterlə təmsil olunacaq. Teymur Rəcəbovun bəlli turnirin son qalibi olduğu və birbaşa iddiaçılar turnirinin iştirakçısı hesab olunduğu üçün qatılmayacağı bu turnirdə Azərbaycan şahmatçılarından Şəhriyar Məmmədyarov (yüksək reytinq göstəricisinə çalik olduğuna görə), Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Türkan Məmmədyarova (hamısı AÇ-də tutduğu mövqeyə görə), Vasif Durarbəyli, Gülnar Məmmədova (hər ikisi AŞF-nin kvotası əsasında) və Nicat Abbasov (FİDE-nin vald-kartı əsasında) iştirak edəcək.

 

İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]