Ahıska Türkləri qədim mədəniyyət paytaxtında imzalanmış Şuşa Bəyannaməsini alqışlayırlar

Ahıska Türkləri qədim mədəniyyət paytaxtında imzalanmış Şuşa Bəyannaməsini alqışlayırlar

Dünya Ahıska Türkləri Birliyi (DATÜB) Azərbaycan və Türkiyə arasında imzalanmış müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsini alqışladığını bəyan edib.


DATÜB-ün Azərbaycan üzə təmsilçisi Məmməd Şamilovun imzaladığı bəyanatda bildirilib ki, böyük tarixi önəm kəsb edən sənəd iki qardaş ölkə arasındakı münasibətləri strareji cəhətdən ən yüksək nöqtəyə daşıyır. Qeyd edilib ki, Ahıska Türkləri 60 ildən artıqdır əmin-amanlıq, sülh və rifah içində yaşadıqları Azərbaycanı öz dogma Vətənləri hesab edirlər. Bunun bariz nümunəsini I və II Qarabağ müharibələrində ahıska türklərinin yaxından iştrak etmələri, Vətən torpaqlarının, o cümlədən Şuşa şəhərinin azad edilməsində igidlik göstərmələri sübut edir.


Nəzərə çatdırılıb ki, Azərbaycanda və dünyanın 9 ölkəsində yaşayan Ahıska Türkləri iki ölkənin müttəfiqlik münasibətlərinin siyasi və hüquqi mexanizmlərini müəyyənləşdirən, Cənubi Qafqaz bölgəsinə sülh və barış gətirməyi, iqtisadi inteqrasiyaya töhfə verəcək nəqliyyat-kommunikasiya əlaqələrinin bərpasını nəzərdə tutan, tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında diaspor fəaliyyətinin əlaqələndirilməsi təşəbbüslərinə təkan verəcək Şuşa Bəyannaməsini dəstəkləyirlər.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]