ADU nəzdindəki Konfutsi İnstitutunda Çin mədəniyyəti müsabiqəsi keçirilib

ADU nəzdindəki Konfutsi İnstitutunda Çin mədəniyyəti müsabiqəsi keçirilib

Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu Çinin ənənəvi "Duan-u" bayramına həsr olunmuş  növbəti Çin mədəniyyəti bilik müsabiqəsini keçirib. Konfutsi İnstitutunun Çin müəllimləri tərəfindən təşkil olunan müsabiqədə 100-dən çox azərbaycanlı tələbə və məktəbli iştirak edib və ən yaxşı on iştirakçıya qiymətli hədiyyələr verilib.


ADU-nun Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov qeyd edib ki, Konfutsi İnstitutu Azərbaycanda Çin mədəniyyətinin ölkəmizdə təbliği sahəsində əlindən gələni əsirgəmir. Azərbaycanın Mədəniyyət və İncəsənət Universiteti ilə birgə bədii və ədəbi gecələr təşkil edilir, ölkəmizdə Çinin mədəni irsinin qorunduğu müəssisələrlə əməkdaşlıq çərçivəsində Çinin ənənəvi bayramları qeyd olunur. R.Abbasov həmçinin qeyd edib ki, institutda Çinin təşəbbüsü ilə reallaşan “Bir kəmər, bir yol” layihəsinin həyata keçirilməsində Azərbaycanın iştirakına dair elmi tədqiqatların aparılması, eləcə də ümummilli lider Heydər Əliyevin siyasi irsinin öyrənilməsinə və Prezident İlham Əliyevin çoxtərəfli Azərbaycan-Çin əlaqələrinin inkişafı istiqamətində fəaliyyətinə həsr olunmuş elmi-tələbə seminarları keçirilir.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]