"INKOEL" şirkətinin Azərbaycan Respublikasının Təhsil İnstitutu ilə birlikdə ərsəyə gətirdiyi layihə beynəxalq müsabiqədə finala çıxıb

"INKOEL" şirkətinin Azərbaycan Respublikasının Təhsil İnstitutu ilə birlikdə ərsəyə gətirdiyi layihə beynəxalq müsabiqədə finala çıxıb

Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilati dəstəyi ilə “Yaşıl Bacarıqlar Mükafatı” beynəlxalq yarışmasında iştirak edən “INKOEL” şirkəti 39 ölkədən 134 namizəd arasında 11 qalibdən biri olaraq finala çıxıb. Müsabiqə “Rəqəmsal erada yaşıl bacarıqlar və inklüziv cəmiyyət üçün bacarıqlar: ömürboyu öyrənmənin təşkili” beynəxalq konfransı çərçivəsində ETF - European Training Foundation tərəfindən həyata keçirilir. Azərbaycan “Alternativ enerji sahəsində yaşıl bacarıqların inkişafı üzrə dövlət-özəl əməkdaşlığı” layihəsi ilə “INKOEL” şirkəti tərəfindən təmsil olunur.
 

2007-ci ildə təsis olunmuş “INKOEL” sistem inteqratoru və mühəndislik şirkətidir. 2000-ci illərdə Mərkəzi Asiya ölkələrində, 2010-cu ildən etibarən isə Azərbaycanda fərdi yaşayış və bağ evlərində bərpaolunan enerji - günəş panelləri, külək turbinləri və batareya sistemləri əsasında çalışan Off-Grid, On-Grid və Hybrid Güc Sistemlərinin quraşdırılmasını həyata keçirib.
 

“INKOEL” şirkətinin əsas fəaliyyət istiqamətləri sənaye-texnoloji proseslərin avtomatlaşdırılması və idarəetmə sistemləri, alternativ və bərpaolunan enerji layihələrinin açar təslimi və elektromobillər üçün qida qurğuları stansiyaları infrastrukturunun yaradılmasıdır.
 

Layihə Təhsil İnstitutunun tövsiyələri və qarşılıqlı müzakirələr əsasında hazırlanıb. Layihənin həyata keçirilməsində əsas məqsəd Azərbaycanda və regionlarda Ağıllı İnnovasiyalar Mərkəzləri qurmaqdır. Bu mərkəzlərdə müasir və gələcəyin əmək bazarının tələblərinə uyğun müəllimlərin bilik və bacarıqlarının artırılması, şagird və tələbələrin avtomatlaşdırma, bulud sistemləri əsasında rəqəmsal həllər, idarəetmə sistemləri, yaşıl enerji istiqamətində günəş və külək enerjisi və onları əhatə edən müxtəlif sistemlər, nəqliyyatın yaşıllaşdırılması ilə bağlı ağıllı texnoloji yeniliklər və həllər, elektrik qida qurğuları infrastrukturu, süni intellekt, artırılmış reallıq və s. kimi istiqamətlərdə məlumatlandırılması, peşəkarların həm nəzəri, həm də layihələr üzərindən praktik olaraq hazırlanmasıdır.
 

Təhsilin məzmununda yaşıl bacarıq və səriştələrin artırılması, gənclərin ətraf mühitə təhlükə yaratmayan peşələrə yiyələnməsi, həmçinin yaşadıqları icmalarda yaşıl sahibkarlıq fəaliyyətlərinin önə çəkilməsi, bu sahədə bilik və bacarıqlarının inkişaf etdirilməsi ölkəmizin gələcəyi üçün mühüm əhəmiyyət kəsb edir. Yaşıl bacarıqların təşviq olunması həm ekologiyanın qorunması, həm də insan kapitalının yetişdirilməsində 21-ci əsrin əmək bazarının əsas tələblərindən biridir. Bu istiqamətdə özəl sektorun dəstəyi və təşəbbüsü müsbət addımdır və xüsusilə dövlət-özəl tərəfdaşlığı əsasında uğurludur.
 

Layihənin yarışmada qalib olması üçün aşağıda qeyd olunan keçiddə səs verməyinizi və paylaşmağınızı xahiş edirik. Səsvermə 24 iyuna qədər davam edəcək.
Finalists: Green Skills Award | ETF (europa.eu)
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]