Masallının Təzəkənd kəndi ərazisində su kanalları təmizləndi -(AZpress.AZ- Ş.ƏLİHÜSEYN)

Masallının Təzəkənd kəndi ərazisində su kanalları təmizləndi -(AZpress.AZ- Ş.ƏLİHÜSEYN)

Masallının Təzəkənd kəndi ərazisində su kanalları təmizləndi 

 

Bu günlərdə Masallı rayon Təzəkənd ərazisində 500 metrlik su kanalları məişət tullantılarından təmizlənmişdır. Ənənəvi şəkildə aparılan kənd təsərrüfatı sahəsinə kömək işləri fəal vətəndaşların hesabına həyata keçirilir.
Təzəkənd kənd inzibati ərazi dairəsi nümayəndəliyindən «Yeni həyat» qəzeti redaksiyasına verilən məlumata görə son bir neçə illər ərazidə, yay vaxtları kənddə su qıtlığı yaranır. Buna səbəb ərazidən keçən su kanallarının məişət tullantıları və artıq torpaqla dolu olması olur. Ona görə də Masallı rayonunun Təzəkənd İƏD üzrə nümayəndəliyi və kəndin fəalları həmin işi vaxtlı-vaxtında yerinə yetirilməyə təşəbbüs edirlər.

 

ƏLİHÜSEYN ŞÜKÜROV.

 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]