Rapiddə 8-ci olan Teymur Rəcəbov blitsdə 9-cu yeri tutub - İNTİQAM təqdim edir (AZpress.AZ)

Rapiddə 8-ci olan Teymur Rəcəbov blitsdə 9-cu yeri tutub - İNTİQAM təqdim edir (AZpress.AZ)

Rapiddə 8-ci olan Teymur Rəcəbov blitsdə 9-cu yeri tutub

 

18-21 iyun günlərində Fransanın paytaxtı Parisdə həmyerlimiz Teymur Rəcəbov da daxil olmaqla 10 qrossmeysterin iştirakı ilə "Grand Chess Tour" şahmat seriyasının ikinci mərhələsi keçirilib. Mükafat fondu 150 min dollar təşkil edən bu mərhələ yarışının ilk 3 günü zəka sahibləri şahmatın rapid, son iki günündə isə blits növündə mübarizə aparıblar. Təəssüflər olsun ki, həmyerlimiz nə rapiddə, nə də blitsdə fərqlənə bilməyib. Rapiddə 8 xalla 8-ci yeri tutan Rəcəbov, blits turnirdə isə 14 xalla 9-u olub. Yadda qalan bir məqamı qeyd etmək olar ki, blits turnirin 17-ci turunda rusiyalı Petr Svidleri udan Rəcəbov 18-ci turda isə erməni Levon Aronyanı məğlub edib.

Maraqlıdır ki, hər iki növdə birinci yeri ABŞ təmsilçisi Uesli So tutub. Rapid turnirdə 12 xalla birinci olan So blitsdə isə 24.5 xalla yadda qalıb. Yeri gəlmişkən, iki yarışın ümumi nəticəsinə görə qalib adını qazanan şahmatçı, həm də 37500 dollar əldə edib. Təbbi ki, qalib adını ümumilikdə 36,5 xal toplayan So qazanıb. Diqqətçəkən məqamlardan biri də hər iki növdə ikinci yeri rusiyalı Yan Nepomniyaşiy tutması olub. Rapiddə 11 xalla ikinci olan Yan blitsdə isə 21,5 xalla ikinci olub. Hər iki növdə ilk üçlüyü tamamlamaq Farnsa təmsilçilərinə nəsib olub. Rapiddə 10 xalla Etyen Bakro, blitsdə isə Maksim Vaşye-Laqrav 18 xalla 3-cü yeri tutub.

 

İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]