Metro qatarında Azercell-in mobil internet sürətini kəşf et!

Metro qatarında Azercell-in mobil internet sürətini kəşf et!

Lider mobil operatorun həm yerüstü, həm də yeraltı əhatə dairəsi genişlənir



Xüsusi karantin rejimi qaydalarının yumşaldılması nəticəsində 226 günlük fasilədən sonra sərnişindaşıma fəaliyyətinin bərpa edən Bakı metrosu artıq paytaxt əhalisinə tam olaraq xidmət göstərməkdədir. Bu müddət ərzində ölkənin aparıcı mobil rabitə təminatçısı “Azercell Telekom” isə Bakı metropoliteni stansiyalarının platforma və tunellərində öz şəbəkəsinin tutumu və əhatə dairəsinin genişləndirilməsi üzrə işlərini fasiləsiz olaraq davam etdirib.


Ümumiyyətlə, Azercell şirkəti bütün abunəçilərini daha möhkəm şəbəkə və daha yüksək sürətli internetlə təmin etmək məqsədilə 2021-ci il ərzində də 4G texnologiyasını təkmilləşdirməyə davam edib. Görülən işlər sayəsində bu ilin əvvəlindən etibarən Azercell-in 4G şəbəkəsinin əhatə dairəsi həm də yerin altında – yəni, paytaxt metropoliteninin stansiyaları boyu əhəmiyyətli dərəcədə genişləndirilib. Belə ki, artıq 19 stansiyada: Neftçilər, Qara Qarayev, Koroğlu, Həzi Aslanov, Əhmədli, Xalqlar dostluğu, Ulduz, Nəriman Nərimanov, Gənclik, 28 may, Nizami, Elmlər Akademiyası, İnşaatçılar, 20 yanvar, Memar Əcəmi, Memar Əcəmi 2 (Bənövşəyi xətt), Nəsimi, Sahil, İçəri şəhər stansiyalarında 4G şəbəkəsi aktivdir. Bundan əlavə, 11 stansiyanın tunellərində: Neftçilər, Qara Qarayev, Koroğlu, Ulduz, Nəriman Nərimanov, Gənclik, 28 may, Nizami, Elmlər Akademiyası, Sahil, İçəri şəhər stansiyalarının tunellərində artıq Azercell-in sürətli mobil internetindən yararlanmaq olar.


Azercell şirkətinin keyfiyyətli 4-cü nəsil şəbəkəsinin Bakı metropoliteninin yerdə qalan stansiya və tunellərinə doğru genişlənməsi üzrə işlər isə daha yüksək intensivliklə davam etdirilir. Yaxın zamanda  Bakı metropoliteninin artıq bütün stansiyaları Azercell 4G şəbəkəsi ilə əhatə ediləcək.


Onu da qeyd edək ki, hazırda sərnişinlərin faydalana biləcəyi həm 2G, həm 3G, həm də 4G texnologiyaları abunəçilərə sərbəst şəkildə səsli zəng və mobil internet xidmətindən istifadə etməyə imkan verir, bu isə nəinki stansiyaların özündə, həm də bu stansiyalar arasındakı tunellərdə qatarların hərəkəti zamanı kəsintisiz şəbəkə deməkdir. İndi artıq sərnişinlər vaqonlarda hərəkət edərkən müxtəlif növ mobil internet məzmunundan və mobil tətbiqlərdən yararlana, hətta, mobil TV və filmləri də seyd edə bilərlər.


Xatırladaq ki, dünya miqyaslı telekommunikasiya şirkəti olan Ericsson-un apardığı bençmarkinq araşdırmaları göstərir ki, hazırda mobil internet sürətinə görə Azercell  “Best in class” kateqoriyasında ən yaxşı operatordur.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]