Bakı Slavyan Universiteti kollektivindən əsgər və zabitlərimizə bayram sovqatı - FOTO

Bakı Slavyan Universiteti kollektivindən əsgər və zabitlərimizə bayram sovqatı - FOTO

Qarşıdan xalqımız üçün çox əziz və əlamətdar bir bayram olan 26 İyun-Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü gəlir. Bu münasibətlə Bakı Slavyan Universitetinin (BSU) kollektivi Laçın və Kəlbəcər rayonlarında hərbi xidmət edən əsgər və zabitlərimizə bayram sovqatı göndərib. Bayram sovqatı iyunun 23-də BSU-nun tərbiyə işləri üzrə prorektoru, dosent Xanım Sultanovanın rəhbərliyi və şəhid polkovnik, Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyevin oğlu, universitetin Filologiya və xarici dil müəllimliyi fakültəsinin builki məzunu,"YAŞAT" Fondunun və "Davam" Gənclər Hərəkatının əməkdaşı Elvin Mirzəyevin, həmçinin Tələbə Gənclər Təşkilatının sədri Cəfər Adilovun , Tərcümə fakültəsinin III tədris ili tələbəsi, "ASAN xidmət" in əməkdaşı Sultan İbrahimlinin, Beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsinin IV tədris ili tələbəsi, "ASAN xidmət" in əməkdaşı Rza Əliyevin  iştirakı ilə əsgər və zabitlərimizə göndərilib.


Qeyd edək ki, 26 İyun-Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü ərəfəsində  BSU kollektivinin işğaldan azad edilmiş ərazilərimizdə hərbi xidmət keçən əsgər və zabitlərimizə könüllü şəkildə bayram sovqatı göndərməsi bu ali təhsil müəssisəsinin bir daha xalqla,dövlətlə birlik və həmrəylik nümayiş etdirdiyini, Azərbaycan Respublikasının Prezidenti,Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin və Azərbaycan Ordusunun yanında olduğunu sübut edir.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]