Meşə və taxıl zəmilərində yanğınlar, təhlükəsizlik tədbirləri - Çıxışa doğru da MÜZAKİRƏ (+FOTO=5, +VİDEO)

“Meşə və taxıl zəmilərində yanğınlar, təhlükəsizlik tədbirləri” - “Çıxışa doğru”da MÜZAKİRƏ (+FOTO=5, +VİDEO)

“Meşə və taxıl zəmilərində yanğınlar, təhlükəsizlik tədbirləri” – “Çıxışa doğru”da MÜZAKİRƏ 

 

Dənli və texniki bitkilərin tədarükü ilə bağlı qarşıya qoyulan vəzifələrin həllində bu əhəmiyyətli məhsulun, xüsusən strateji əhəmiyyətli taxılın, eyni zamanda meşə zolaqlarının yanğından qorunması daima diqqət mərkəzində olmalı, bütün zəruri tədbirlər həyata keçirilməlidir.

Bu, tək yanğın təhlükəsizliyi orqanları əməkdaşlarının deyil, həm də aqrar sahədə, o cümlədən fermer təsərrüfatında çalışan bütün şəxslərin ümdə vəzifəsidir və bu sahədə onların qarşısında ciddi tapşırıqlar qoyulur.

Taxıl yığımı mövsümünə hazırlıq dövründə Dövlət Yanğın Nəzarəti Xidməti bütün regionlarda yerli icra hakimiyyətlərinin, bələdiyyə sədrlərinin, fermerlərin, aqroservis rəhbərlərinin, meşə mühafizəsi və bərpası idarələri işçilərinin iştirakı ilə seminarlar, yanğına qarşı təbliğat xarakterli tədbirlər həyata keçirir. Amma hər il bu tədbirlərin keçirilməsinə baxmayaraq, təəssüf ki, taxıl sahələrində, meşələrdə yanğın hadisələri baş verməkdədir.

AzTV-nin “Çıxışa doğru” verilişində “Meşə və taxıl zəmilərində yanğınlar, təhlükəsizlik tədbirləri” mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları – Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev, Fövqəladə Hallar nazirinin müavini Etibar Mirzəyev və Ekologiya Komitəsinin sədri Sadiq Qurbanov mövzu ətrafında müzakirə aparıblar.

“Çıxışa doğru” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]