Azərbaycan güləşçiləri Olimpiadaya Göygöldə hazırlaşırlar - İNTİQAM təqdim edir (AZpress.AZ)

Azərbaycan güləşçiləri Olimpiadaya Göygöldə hazırlaşırlar - İNTİQAM təqdim edir (AZpress.AZ)

Azərbaycan güləşçiləri Olimpiadaya Göygöldə hazırlaşırlar- İNTİQAM təqdim edir (AZpress.AZ)

 

Tokio Olimpiadasının startına çox az vaxt qalıb.Olimpiadaya lisenziya qazanan digər idman növlərində olduğu kimi, Tokio-2020-də iştirak etmək hüququ qazanan güləşçilərimiz də ciddi-cəhdlə Oyunlara hazırlaşırlar. Xatırladaq ki, iyunun 8-dən 13-dək Varşavada keçirilən "Poland Open" (Polşanın Açıq Çempionatı) turnirində çıxış edən olimpiyaçı güləşçilərimiz daha sonra ölkəmizə qayıdaraq növbəti təlim-məşq toplanışına start verib. Azərbaycan Güləş Federasiyasından (AGF) verilən məlumata görə, hər 3 güləş növü üzrə yığmalarımız hazırda Göygöl Olimpiya İdman Kompleksində Tokio Olimpiadasına hazırlaşır. Dağlıq şəraitdə keçirilən bu təlim-məşq toplanışı əsasən fiziki hazırlıq üzərində qurulub.
Qeyd edək ki, hazırlıq prosesi iyulun əvvəllərinədək davam edəcək. Olimpiada üçün sonuncu təlim-məşq prosesi taktiki-texniki çalışmalardan ibarət olacaq və toplanış Bakıda keçiriləcək. Yeri gəlmişkən, XXXII Yay Olimpiya Oyunlarında güləşçilərin yarışı avqustun 2-dən avqustun 10-na qədər Mahuhari Messe Arenada baş tutacaq. Azərbaycanı bu idman növü üzrə 7 güləşçi ilə təmsil olunacaq ki, onlardan da 3-ü sərbəst, 2-si qadın və 2-si də Yunan-Romaçıdır.

 

İNTİQAM Məmmədov

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]