Gəncə, Mingəçevir, Şəki və Şamaxıda yaşayan qazilər Hərbi Qənimətlər Parkını ziyarət etdi +FOTO=11

Gəncə, Mingəçevir, Şəki və Şamaxıda yaşayan qazilər Hərbi Qənimətlər Parkını ziyarət etdi +FOTO=11

Gəncə, Mingəçevir, Şəki və Şamaxıda yaşayan qazilər Hərbi Qənimətlər Parkını ziyarət etdi 

 

“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılmasının 103-cü illiyi ilə əlaqədar olaraq regionlardan olan bir qrup Vətən müharibəsi qazisinin iştirakı ilə Bakı şəhərində silsilə tədbirlər həyata keçirilib. Gəncə, Mingəçevir, Şəki və Şamaxıdan olan bir qrup Vətən müharibəsi qazisinin Bakıya səfəri təşkil edilib. Səfər çərçivəsində I və II Fəxri Xiyaban, Şəhidlər Xiyabanı və Hərbi Qənimətlər Parkı ziyarət olunub, həmçinin rəsmilərlə görüşü keçirilib.
Tədbir iştirakçıları əvvəlcə I Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarı önünə gül dəstələri düzüb, Ulu Öndərin xatirəsinə ehtiramlarını bildiriblər. Daha sonra Şəhidlər Xiyabanı və II Fəxri Xiyabanı ziyarət edərək torpaqlarımızınazadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad ediblər. Ziyarətlərin davamında qazilərlə rəsmilərin iştirakı ilə qeyri-rəsmi formatda görüş keçirilib. Görüşdə Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, millət vəkilləri Aydın Mirzəzadə, Vüqar İskəndərov, Naqif Həmzəyev, Müşviq Cəfərov, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin baş zabiti, kapitan Tofiq Əzizov iştirak ediblər. Rəsmilər çıxışlarında builki tədbirin
özəlliyini vurğulayaraq müasir müstəqillik tariximizdə ilk dəfə olaraq Silahlı Qüvvələr Gününün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış qələbə və ərazi bütövlüyümüzün bərpası fonunda qeyd olunduğunu diqqətə çatdırıblar. Natiqlər tarixi zəfərin qazanılmasının əhəmiyyətindən, post-münaqişə dövründə dövlətin və cəmiyyətin üzərinə düşən vəzifələrdən, həmçinin Vətən müharibəsi iştirakçılarına dövlət dəstəyi barədə danışıblar. Günün yekununda isə qazilərin və könüllü gənclərin iştirakı ilə Müzəffər Azərbaycan Ordusunun şanlı qələbəsinin canlı muzeyi olan Hərbi Qənimətlər Parkına ziyarət təşkil olunub. Tədbirlər proqramı Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə “Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən həyata keçirilib. Növbəti günlərdə digər regionlardan olan qazilərin də Bakıya səfərlərinin təşkili nəzərdə tutulur.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]