Ağcabədidəki hərbi hissələrdə Silahlı Qüvvələr Günü münasibətilə bayram tədbirləri təşkil olunub -(AZpress.AZ- İ.Mais, +FOTO=39)

Ağcabədidəki hərbi hissələrdə Silahlı Qüvvələr Günü münasibətilə bayram tədbirləri təşkil olunub -(AZpress.AZ- İ.Mais, +FOTO=39)

Ağcabədidəki hərbi hissələrdə Silahlı Qüvvələr Günü münasibətilə bayram tədbirləri təşkil olunub-(AZpress.AZ- İ.Mais, +FOTO=39)

 

Ağcabədi rayonundakı hərbi hissələrdə Silahlı Qüvvələr Günü münasibətil bayram tədbirləri keçirilib.

 

AZpress.AZ- ın bölgə müxbiri xəbər verir ki, Taxtakörpü ərazisində yerləşən “N” saylı hərbi hissədə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaranması günü münasibəti ilə tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə hərbi hissənin komandiri, polkovnik Pərviz İbrahimov açmış, Silahlı Qüvvələrin formalaşmasında böyük əməyi olan ümummilli lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov çıxış edərək, əsgər və zabitləri Silahlı Qüvvələr Günü münasibəti ilə təbrik etmiş, Azərbaycan Ordusunun Vətən müharibəsində göstərdiyi qəhrəmanlıq və rəşadətdən söz açmışdır.

 

Azərbaycanda ordu quruculuğu prosesindən, ümummilli lider Heydər Əliyevin ordu quruculuğundakı xidmətlərindən bəhs edilib. Bildirilib ki, ulu öndər Heydər Əliyevin ordu quruculuğu istiqamətində açdığı yol Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Silahlı Qüvvələrimiz yeni inkişaf mərhələsinə qədəm qoyub. Hərbi hissələrin müasir standartlara uyğun qurulması, şəxsi heyətin həyat və məişət şəraitinin yaxşılaşdırılması, ordumuzun müasir silahlarla təminatı istiqamətində görülən mühüm işlər sayəsində Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü orduları ilə bir cərgədə öz layiqli yerini tutub. Bu gün Azərbaycan Ordusunun şəxsi heyətinin mənəvi-psixoloji durumu yüksək səviyyədədir. Bunun nəticəsidir ki, Ermənistan silahlı birləşmələrinin təxribatlarına qarşı Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə əks-hücum əməliyyatları ilə başlanan və 44 gün davam edən Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu düşmən işğalı altında olan torpaqlarımızı azad edərək tarixi ədaləti bərpa edib. Sonra R.Hüseynov hərbi hissəni və onun komandirini rayon icra hakimiyyətinin Fəxri Fərmanları ilə təltif etmişdir. Daha sonra hərbi xidmətdə fərqlənən əsgər və zabitlərə orden və medallar təqdim olunmuşdur.

 

Tədbirin bədii hissəsində Ağcabədi Regional Mədəniyyət İdarəsinin Laçın rayonu Şamkənd kənd Uşaq Musiqi Məktəbinin kollektivinin ifasında Vətənpərvərlik ruhunda mahnılar səslənmişdir.
Mais Amin AZpress.AZ Ağcabədi.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]