Monofobiyanın nə olduğunu bilirsiniz? Təranə Paşayeva soruşur və cavab verir

Monofobiyanın nə olduğunu bilirsiniz? Təranə Paşayeva soruşur və cavab verir

 Monofobiyanın nə olduğunu bilirsiniz?


Monofobiya - insanın tək qalma qorxusudur. Bu problemə yetişkinlərə nisbətən, yeniyetmə və uşaqlarda daha çox rast gəlinir. Bu psixoloji vəziyyət təkcə insanlarda yox, eyni zamanda heyvanlarda da müşahidə olunur. Monofobiya insanlarda depressiya, həyəcan-təşviş pozuntusu, aşırı aqressivlik kimi psixoloji problemlərə səbəb ola bilər.
✔️ Bəs bu narahatlıq necə və hansı səbəblərdən yarana bilər?
- Şəxsin həyatında yaşadığı çətinliklər;
- Tərk edilmə;
- Çox sevdiyi birini itirmə;
- Tək olduqda pis hadisə yaşama;
- Bağlı yerdə çarəsiz qalma;
✔️ Təbii ki, hər bir psixoloji problemdə olduğu kimi, monofibayını da koqnitiv davranış terapiyası, yaxud EMDR terapiya vasitəsi ilə aradan qaldırmaq mümkündür, əsas olan zamanında və düzgün dəstək almaqdır.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]