ADU-nun Konfutsi İnstitutunun tələbələri beynəlxalq Çin dili dərslərini davam etdirirlər

ADU-nun Konfutsi İnstitutunun tələbələri beynəlxalq Çin dili dərslərini davam etdirirlər

Azərbaycan Dillər Universiteti  nəzdində fəaliyyət göstərən  Konfutsi İnstitutunun tələbələri beynəlxalq onlayn Çin dili dərslərini davam etdirirlər. Şərqi Çin Pedaqoji Universitetinin rəhbərliyi ilə həyata keçirilən layihədə tələbələr çinli pedaqoqlar tərəfindən çin dili biliklərini artırmaqla yanaşı, ölkə mədəniyyətinin müxtəlif sahələrini əhatə edən dərslərlə də yaxından tanış olurlar. Çin dilində tədris olunan bu dərslərdə tələbələrimiz yerli xalqın həyat tərzini, şeir və hekayələrini öyrənirlər.


Layihənin iştirakçısı olan  ADU Çinşünaslıq ixtisasının tələbəsi  Şəbnəm Məmmədova pandemiya dövründə  tələbələrin bu cür proqramlarda iştirakının vacibliyini qeyd edib. Bununla yanaşı, Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov  tələbələr arasında Çin dilinə olan maraq və istəklərin artamasından da danışıb. Azərbaycan-Çin əlaqələrindən bəhs edən R.Abbasov, bu əlaqələrin Çin dilinə olan təlabatı, digər bir tərəfdən isə çin dilini öyrənməyə artan marağın  çin mədəniyyətinə daha dərindən nüfuz etməklə əlaqəli  olduğunu bildirib. Konfutsi İnstitutunun tələbələr üçün yaratdığı imkanlardan bəhs edən professor, pandemiya dönəmində yaranan məhdudiyyətlərdən də söz açıb. O, tələbələrin bu cür beynəlxalq  onlayn layihələrdə iştirakı üçün Konfutsi İnstitutunun  maarifləndirici seminarlar  keçirdiyini də  qeyd edib .
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]