YADA DÜŞƏR XATİRƏLƏR - Ana, bir Gülağa da doğ

YADA DÜŞƏR XATİRƏLƏR - “Ana, bir Gülağa da doğ”

 Əgər respublikamızda ilin “Ən yaxşı xeyriyyəçi” müsabiqəsi keçirilsəydi, yəqin ki, Masallı rayonunda boya-başa çatmış, hazırda Moskvada yaşayan Gülağa Qənbərov şəksiz lider olardı. Onun sensasion xeyriyyəçi əməlləri çox şeyin durğunlaşdığı indiki dövürdə hələ də yüzlərlə insanı təəccübləndirir.
Hansı xeyriyyəçi 600 min dollara əlil uşaqlar üçün məktəb tikdirir?
Hansı xeyriyyəçi dəyəri 100 min dollarla ölçülən mülkünü uşaq baxçasına hədiyyə edir?
Hansı xeyriyyəçi bir ildə istedadlar üçün, kimsəsizlər üçün, abadlıq işləri üçün bir milyon dollardan artıq pul xərcləyir?
Gülağa Qənbərov bu dəfə meydana təkcə xeyriyyəçi kimi yox, həm də şair Gülağa Tənha kimi gəlmişdi.
Tədbirin dəbdəbəli keçməsi üçün xeyli iş görülmüşdü. Belə ki, Gülağa Tən-hanın “Mən Allah adamıyam” kitabının təqdimat mərasimi üçün Bakının ən bahalı mərkəzlərindən biri “Muğam teatırı” seçilmişdi. Tədbirə respublikamızın onlarla tanınmış ədəbiyyatçıları, musiqiçiləri, alimləri dəvət olunmuşdu. Azərbaycan tele-viziyasının 1-ci kanalı və “SPACE” kanalı xüsusi çəkiliş aparırdı.
İlk öncə Xalq şairi Bəxtiyar Vahabzadə çıxış etdi. O, Gülağa Tənhanın şerlə-rini səmimi poeziya nümunəsi adlandıraraq, onları yüksək dəyərləndirdi. Daha son-ra o, Azərbaycan Yazıçılar Birliyinin üzvü olması barədə vəsiqəni Gülağa Tənhaya təqdim etdi.
Ədəbiyyatçılar Vaqif Yusifli, Cavanşir Yusifli, Əlibaba Hacızadə, Arif Fər-zəli və başqaları Gülağa Tənhanın şerləri barədə ürək sözlərini söylədilər.
Respublikanın ən məşhur bədii qiraətçiləri İlham Əsgərov, Həlimət Sultan, Laləzar Mustafayeva, Şəhla Əliyeva və başqaları Gülağa Tənhanın şerlərini ifa et-dilər. Məktəbli Ülviyyə Xankişiyevanın söylədiyi şerlər isə səmimiliyi ilə daha çox seçildi.
Tədbirdə Respublikanın tanınmış sənətçiləri Niyaməddin Musayev, Canəli Əkbərov, Könül Kərimova, Zeynəb Behbudova, Elza Seyidcahan, Samir İbrahi-mov, Səbinə İlyasova, Aftandil İsrafilov, Səbuhi İbayev, aşıq Əhliman Şirvanlı və başqaları maraqlı musiqi nömrələri ilə çıxış etdilər. Tədbirdə iştirak edən ondan artıq alimə, Millət vəkilinə və rəsmi şəxslərə, necə deyərlər, çıxış etməyə növbə qalmadı.
Tədbirin sonunda qonaqlar üçün ziyafət verildi..
Təqdimat mərasimində müsbət mənada ən yaxşı yadda qalan elə Gülağa Tənhanın öz çıxışı oldu.
Gülağa Tənhanın çıxışı
Mən şair deyiləm. Buradakı söz ustalarının yanında (zarafatla) bir çobanam. Uşaqlıqda mənimlə qoyun otaranların bəzisi də buradadır. Mən sadəcə olaraq qəl-bimi ağrıdan, göynədən hadisələri qələmə almışam. Onları şerə çevirməkdən özü-mü saxlaya bilmədim. Məni tanıyanlar yaxşı bilir ki, Azərbaycanda kommersiya və siyasətlə məşğul olmuram. Yeganə məqsədim ehtiyac içində yaşayan kimsəsizlərə, əlillərə, şəhid ailələrinə yardımçı olmaq, bir sıra sosial məsələlərin həllində onlara kömək etməkdir.
Yazdığım hər şerin bir tarixçəsi var. Bir dəfə valideynini itirən uşaqlarla gö-rüşəndə, onlara ziyafət verəndə, bir uşağın çörək oğurladığını gördüm. Çox qəhər-ləndim. Demək bu uşaqların təkcə valideyin himayəsinə yox, bir tikə çörəyə də bö-yük ehtiyacı var. Və bu hadisə şerə çevrildi.

Vətən həsrəti ilə yaşamaq çətin,
Çörək həsrətini anmamışam mən.
Bu gün internatda, bayram günündə,
Çörək həsrətini anlamışam mən.

Bu dilsiz balalar, demə, qarnına,
Doyunca çörək də tapmayır burda..
Ata-ana dərdi hələ bir yana,
Doyunca yemək də tapmayır burda.

Bu Fani dünyanın üzünə gülən,
Nə olar yolunu bu yerdən sala?
Saray ucaltdıran, qala tikdirən,
Bir yol da onların qeydinə qala.

Vətən oğul deyər, millət əzizlər,
Kim olsa onların bu gün pənahı.
Ey vicdanı paklar, qəlbi təmizlər,
Axı körpələrin nədir günahı?

Gəlin, millət deyib verək əl-ələ,
Bir vətən övladı qalmasın yetim.
Bu məhsum uşaqlar, suçsuz körpələr,
Bir daha çəkməsin çörək həsrəti.

Bir dəfə isə Göy məsciddə dilənmək bacarmayan, amma dilənmək istəyən yaşlı qadınla rastlaşdım. O acı mənzərə də şerə çevrildi.

Bir ana dilənir, səbrim daralır,
Gülümsər göylərin rəngi qaralır.
Bu tənha qəlbimi duman, qar alır,
Ağzının dadından sədəqə ver get.

Gözləri çağırır gəlib gedəni,
Nə vaxtdır gözləyir qədir biləni.
Qürurun yolundan saxlasın səni,
Kişilik adından sədəqə ver, get.

Tənəli baxışla baxma həyata,
Möhtacdır yaxına, möhtacdır yada.
Gücün çatmadısa beş-on manata,
Qəlbinin odundan sədəqə ver, get.

Tədbirin sonunda Gülağa Tədbir iştirakçılarına ilk kitabını hədiyyə etdi, xatirə şəkilləri çəkdirdi. G.Qənbərov çıxışının əvvəlində isə məclis iştirakçıların-dan mərhum və sabiq prezident Heydər Əliyevin xatirəsini 1 dəqiqəlik sükutla yad etməyi xahiş etdi.
Bəli yüzdən artıq adam gözəl bir tədbirin, xeyirxahlığın şer dilinə gözəl “tər-cüməsi”nin şahidi oldu.
Tədbirə yeganə xələl gətirən isə “Muğam teatr”ının ürək açmayan xidməti idi. Tədbir başlar-başlamaz, mikrafonlar şıltaqlıq etməyə başladı, aparıcı Rövşanə xanım eyni mətni 3-4 dəfə oxumağa məcbur oldu. Ən acınacaqlı hal isə ziyafət vaxtı adamlara fərq qoyulması idi. Belə ki, xaricdən gələn biznesmenlərə, müəllim-lərə, ümumi zalda əyləşənlərlə hücrələrdə əyləşənlərə kəskin fərqli xidmət olunur, bəzilərinə isə heç xidmət olunmurdu.
Bütün bunlara baxmayaraq, insanlar bu tədbirixeyirxah əməllərdən doğan səmimi şerlərin gözəl təəssüratı ilə tərk etdilər.
Qəzet çapa gedərkən Gülağa Qənbərov fondundan bizə məlumat verdilər ki, Gülağa Qənbərov Hacı Zeynalabdin Tağıyev fondu tərəfindən bu fondun qalibi he-sab olunur. Həmçinin xahiş etdilər ki, Gülağa Qənbərovun adından bütün azərbay-canlıları müqəddəs Qurban bayramı münasibəti ilə təbrik edək. Sonda o məlumatı da aldıq ki, Masallı rayonunda 100-dən artıq imkansız ailəsinə fond tərəfindən Qurban payı veriləcək..

Fidan

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]