Yeniyetmə və gənc karateçilərimiz Gənclər Liqasında medal qazanıblar - İNTİQAM təqdim edir (AZpress.AZ)

Yeniyetmə və gənc karateçilərimiz Gənclər Liqasında medal qazanıblar - İNTİQAM təqdim edir (AZpress.AZ)

Yeniyetmə və gənc karateçilərimiz Gənclər Liqasında medal qazanıblar - İNTİQAM təqdim edir (AZpress.AZ)

 

Xorvatiyanın Poreç şəhərində Dünya Karate Federasiyasının (WKF) Gəncləri Liqasında mövsümün ikinci turniri keçirilib. Azərbaycan Milli Karate Federasiyasından (AMKF) verilən məlumata görə, 50 ılkədən olan 1590 idmançının qatıldığı bu yarışda ölkəmiz 29 idmançı ilə təmsil olunub. Turnirdə uğurla çıxış edən karateçilərimiz vətən medallarla dönüblər. Maraqlı məqamlardan biri çəkisi 50 kq olan kadetlərin yarışında hətta Azərbaycan finalının baş tutması olub. Belə ki, bu çəkinin final görüşündə Məhəmməd Xamoyev Salman Əlirzayevlə qarşılaşıb. Qarşılaşma birincinin qələbəsi ilə bitib. Yarışı izləyənlər 70 kq -da döyüşən kadetlərin yarışında da Azərbaycan finalını izləyibləer. Burada isə Ramil Cəfəri Xudaş Ağayevdən güclü olub. Kadetlərdə daha bir
gümüş medalını Aysu Əliyeva (-47 kq) əldə edib. U14 turirində İsmayıl Xamoyev (-45 kq) birinci, Ələddin Məlikov (-45 kq) isə üçüncü yeri tutub. Turnir avqustun ikinci yarısı Finlandiyanın Tampere şəhərində yeniyetmə və gənclərin Avropa çempionatına son hazırlıq xarakteri daşıyıb.

İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]