İlk gündə 3 oyun və 3 xal - İNTİQAM təqdim edir (AZpress.AZ)

İlk gündə 3 oyun və 3 xal - İNTİQAM təqdim edir (AZpress.AZ)

İlk gündə 3 oyun və 3 xal- İNTİQAM təqdim edir (AZpress.AZ)

 

İyulun 7-də Xorvatiyanın paytaxtı Zaqrebdə şahmat üzrə "Grand Chess Tour"un 3-cü mərhələsinə start verilib. Xəbər verdiyimiş kimi, həmyerlimiz Şəhriyar Məmmədyarov da daxil olmaqla 10 zəka sahibinin mübarizə apardığı və mükafat fondu 150 min dollar təşkil edən və iyulun 11-dək davam edəcək bu 5 günlük turnirin ilk 3 günü iştirakçılar şahmatın rapid, son iki günündə isə blits üzrə yarışacaqlar. Qalib üçün 37 min dolların ayrıldığı bəlli turnirin start günü iştirakçılar hərəyə üç oyun keçirib. Məmmədyarov keçirdiyi oyunlardan birində qalib gəlib (fransalı Maksim Vaşye-Laqravla), birində rəqiblə sülh bağlayıb (ukraynalı Anton Korobovla), birində isə uduzub (rusiyalı Yan Nepomniyaşiylə görüşdə). Bununla da ilk gündə Məmmədyarov 6 mümkün xaldan 3-nü toplaya bilib. Turnir davam edir. Xatırladaq ki, şahmatçımız turnirin Buxarestdə (Rumıniya) keçirilən birinci mərhələ yarışının qalibi olub.

İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]