Reket jurnalistlər Şəhid ailələrindən reportaj hazırlamaqda maraqlıdırlar - Çıxışa doğru da MÜZAKİRƏ (+FOTO=5, +VİDEO)

“Reket jurnalistlər Şəhid ailələrindən reportaj hazırlamaqda maraqlıdırlar” - “Çıxışa doğru”da MÜZAKİRƏ (+FOTO=5, +VİDEO)

“Reket jurnalistlər Şəhid ailələrindən reportaj hazırlamaqda maraqlıdırlar” – “Çıxışa doğru”da MÜZAKİRƏ 

 

Prezident, Ali Baş Komandan İlham Əliyevin müalicə olunan hərbçilərlə görüşündə Vətən müharibəsində şəhid olmuş əsgər və zabitlərin ailə üzvlərinin və müharibə əlillərinin daim dəstəklə təmin olunmaları ilə bağlı verdiyi tapşırıqlar icra olunmaqdadır. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Ordumuz şanlı tarix yazaraq möhtəşəm tarixi Qələbə əldə etdi, torpaqlarımız erməni işğalından azad edildi: “Cənab Prezidentimizin qeyd etdiyi kimi, bu Qələbənin əsas qəhrəmanı Azərbaycan əsgəri və zabitidir. Müharibə zəfərlə başa çatandan sonra Ali Baş Komandanımızın ilk növbədə yaralı hərbçilərimizlə görüşməsi də onlara yüksək hörmət və ehtiramın, qayğının nümunəsidir”. Şəhid ailələrinə qayğı bütün sahələrdə olmalıdır, o cümlədən jurnalistlər arasında da...

 

AzTV-nin “Çıxışa doğru” verilişində “Reket jurnalistlər Şəhid ailələrindən reportaj hazırlamaqda maraqlıdırlar” mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları –
Mətbuat Şurası sədrinin müavini Müşfiq Ələsgərli, filologiya elmləri doktoru, professor, əməkdar jurnalist Qulu Məhərrəmli, əməkdar jurnalist, siyasi ekspert Elçin Mirzəbəyli, Bakı Slavyan Universitetinin dosenti, müstəqil jurnalist Mübariz Əhmədov və lent.az saytının baş redaktoru Hafiz Heydərov mövzu ətrafında
müzakirə aparıblar. “Çıxışa doğru” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]