Azər Həsrət: Reketlərin əlini də, ayağını da yığışdırmaq lazımdır!

Azər Həsrət: Reketlərin əlini də, ayağını da yığışdırmaq lazımdır!

Azər Həsrət: Reketlərin əlini də, ayağını da yığışdırmaq lazımdır!

 

Reketlərin əlini də, ayağını da yığışdırmaq lazımdır! Biz jurnalistlər bu parazitlərin kökünün kəsilməsi üçün bütün gücümüzü səfərbər etməliyik! Azərbaycan jurnalistikasının hörmət-izzətini bərpa etmək istəyiriksə, bu sahəyə soxulmuş təsadüfi ünsürlərin hamısını çıxdaş etməliyik! Başqa cür mümkün deyil və ola da bilməz!

Bugünlərdə acı-acı bir xəbəri şərh elədim. Jurnalistikaya soxulmuş bu reketlər şəhid ailələrinin qapılarını gəzib onlardan pul toplayırmış. Ki, bəs sizin şəhid övladınız haqqında kitab yazacağıq! Bu şərəfsizlər, əxlaqsız və mənəviyyatsız alçaqlar bu əməli jurnalist adı altında törədirlər!

Bunların kökü kəsilməli deyilmi? Özünə doğrudan da jurnalist deyən, bu peşənin müqəddəsliyinə könül verən hansı şəxs şəhid ailəsindən pul qoparacaq qədər alçaq ola bilər? Heç bir şəxs! Əsl jurnalistlər heç vaxt kimdənsə, hələ şəhid ailəsindən bir qəpik belə pul gözləməz, güdməzlər! Bir sürü şərəfsiz isə jurnalistikaya soxularaq hətta bu qədər alçaq hərəkətə də yol verir!

Niyə? Ona görə ki, bunlar jurnalist deyillər! Ona görə ki, bunlar təsadüfi əxlaqsız adamlardır! Ona görə ki, bunlar ölkədəki qanunların liberallığından sui-istifadə edərək aramıza soxulublar! Ona görə də mümkün sərt tədbirlər görülməli, bu ünsürlər faş edilərək jurnalistika adından istifadələri yasaqlanmalıdır! 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]