YAP Masallı Rayon Təşkilatı rayonun Qızılağac və Şərəfə kəndlərindən olan II Qarabağ müharibəsi Şəhidlərinin məzarlarını ziyarət ediblər -(AZpress.AZ- Ş.ƏLİHÜSEYN, +FOTO=5)

YAP Masallı Rayon Təşkilatı rayonun Qızılağac və Şərəfə kəndlərindən olan II Qarabağ müharibəsi Şəhidlərinin məzarlarını ziyarət ediblər -(AZpress.AZ- Ş.ƏLİHÜSEYN, +FOTO=5)

YAP Masallı Rayon Təşkilatı rayonun Qızılağac və Şərəfə kəndlərindən olan II Qarabağ müharibəsi Şəhidlərinin məzarlarını ziyarət ediblər -(AZpress.AZ- Ş.ƏLİHÜSEYN, +FOTO=5)

 

YAP Masallı Rayon Təşkilatı rayonun Qızılağac və Şərəfə kəndlərindən olan II Qarabağ müharibəsi şəhidlərinin məzarlarını ziyarət ediblər.YAP Masallı rayon təşkilatının əməkdaşları və fəal üzvləri ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Əliyev Əlisa Arif oğlu, Babayev Cavad Gülverdi oğlu, Vəliyev Ramazan Hilal oğlu və Əbilov Nurlan Fərrux oğlunun məzarlarını ziyarət edib, gül-çiçək dəstələri düzüblər. Ziyarət zamanı bildirilib ki, ölkəmizin ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə, sağlamlığını itirmiş qazilərimizə hər zaman diqqət və qayğı göstərilir. Dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq Masallı rayonunda da şəhid və qazi ailələri mütəmadi olaraq ziyarət olunur, mövcud problemlərinin aradan qaldırılması üçün tədbirlər həyata keçirilir.Qeyd olunub ki, 44 günlük müharibə Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti və iradəsi ilə müzəffər ordumuzun gücünü, xalqımızın birliyini dünyaya göstərdi. Azərbaycanın igid əsgər və zabitləri Vətən müharibəsində elə bir şanlı tarix yazdılar ki, bu qəhrəmanlıq dastanı Azərbaycan var olduqca yaşayacaq, gələcək nəsillər tərəfindən öyrəniləcək və Şəhidlərimizin əbədiyaşar xatirələri daima yad olunacaqdır.Şəhid ailələrinin üzvləri dövlət tərəfindən onlara göstərilən yüksək diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildiriblər. Allah Vətən torpaqlarının azadlığı və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən bütün

Şəhidlərimizə qəni-qəni rəhmət eləsin!

ƏLİHÜSEYN ŞÜKÜROV.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]