Qarabağ müharibəsi qəhrəmanları fonduna yeni nəşrlər daxil olub +FOTO=2

“Qarabağ müharibəsi qəhrəmanları” fonduna yeni nəşrlər daxil olub +FOTO=2

“Qarabağ müharibəsi qəhrəmanları” fonduna yeni nəşrlər daxil olub +FOTO=2

 

 

 


AMEA Mərkəzi Elmi Kitabxanasında yaradılmış Azərbaycan kitabxana sistemində bir ilk olan “Qarabağ müharibəsi qəhrəmanları” fonduna nəşrlər toplanmaqda davam edir. Fonda tanınmış diplomat, Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıçın “44 gün Vətən müharibəsi, Hulusi Kılıç informasiya cəbhəsində” adlı kitabı daxil olub. Kitab Azərbaycana qarşı dost mövqeyi göstərən sabiq səfirin İkinci Qarabağ savaşında Azərbaycanın haqq səsinin dünyaya çatdırılması üçün müxtəlif media orqanlarına verdiyi müsahibə, müharibə dövründə peşəkar fəaliyyəti, çıxışları və məqalələri əsasında toplanılıb.
Fondun sıralarına daxil olan nəşrlər arasında yenicə çapdan çıxan “Qarabağ dastanı, otuz ilin həsrəti – 44 günün zəfəri” adlı kitab da mövcuddur. Azərbaycan Yazıçılar Birliyinin təşəbbüsü ilə hazırlanan bu kitabda Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük II Qarabağ müharibəsində qazanılmış qələbədən bəhs olunur. Bununla yanaşı, kitabda Qarabağla bağlı yazıçıların öz doğma bölgələri haqqında düşüncə və xatirələrinə də yer verilib.
Qeyd edək ki, fonda, İRS – beynəlxalq Azərbaycan jurnalının 109-cu nömrəsi də daxil olub. Jurnalda II Qarabağ müharibəsinin ilk günlərinə həsr olunmuş məqalələr xüsusi maraq doğurur.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]