Olimpiya bayraqdarımız iki nəfər oldu - İNTİQAM təqdim edir (AZpress.AZ)

Olimpiya bayraqdarımız iki nəfər oldu - İNTİQAM təqdim edir (AZpress.AZ)

Olimpiya bayraqdarımız iki nəfər oldu - İNTİQAM təqdim edir (AZpress.AZ)

 

 

 

 


 

Xəbər verdiyimiz kimi, ötən ayın sonunda Milli Olimpiya Komitəsi (MOK) Tokio-2020 Olimpiadasında Azərbaycan yığmasının bayraqdarını elan etmişdi. MOK-un açıqlamasına görə cüdo üzrə ölkə yığmasının lideri Rüstəm Orucov (73 kq) 32 Yay Olimpiya Oyunlarının açılış mərasimində (paradda) Azərbaycan yığmasının bayraqdarı elan edilmişdi. Lakin sonradan bayraqdarlıq formatında dəyişiklik edilib. Belə məlum olub ki, Tokio Olimpiadasının açılışında milli komandaların hər birinin iki bayraqdarı olacaq. Ona görə də, MOK Rio-2016-nın gümüş medalçısı Rüstəm Orucovla yanaşı, taekvondoçu, dünya və Avropa çempionatının bürünc mükafatçısı olan Fəridə Əzizovaya (67 kq) da bayraqdar olmaq şansı verib. Beləliklə, cüdoçu Rüstəmovla taekvondoçu Əzizova cütlüyü Tokio-2020-də Olimpiya yığmamızın bayraqdarı olacaq.

İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]