Vasif Durarbəyli DK-nın növbəti mərhələsində, Gülnar Məmmədova isə tay-brekdə mübarizə aparacaq - İNTİQAM təqdim edir (AZpress.AZ)

Vasif Durarbəyli DK-nın növbəti mərhələsində, Gülnar Məmmədova isə tay-brekdə mübarizə aparacaq - İNTİQAM təqdim edir (AZpress.AZ)

Vasif Durarbəyli DK-nın növbəti mərhələsində, Gülnar Məmmədova isə tay-brekdə mübarizə aparacaq - İNTİQAM təqdim edir (AZpress.AZ)

 

İyulun 12-də Soçidə (Rusiya) qadın və kişi şahmatçılar arasında iddiaçılar turnirinə seçmə xarakteri daşıyan və azərbaycanlı zəka sahiblərinin də qatıldığı Dünya Kubokuna start verilib. Qadınlar 1\64 , kişilərsə 1\128 finaldam mübarizəyə başlayıblar. Mükafat fondu 676.250 dollar təşkil edən və qalib üçün 50.000 dollar təsis edilən qadınların turnirində startda 78 şahmatçı oyuna başlayıb, ikinci mərhələdə (1\32 final) isə birinci mərhələnin qaliblərinə daha 25 şahmatçı qatılacaq. Mükafaq fondu daha böyük - 1.892.50 dollar təşkil edən və birinci yeri tutan üçün 110 min ayrılan kişilərin analoji yarışında isə 1-ci mərhələdə 156 şahmatçı mübarizəyə qatılıb. İkinci mərhələdə isə daha 50 nəfər qoşulacaq.
Yeri gəlmişkən, kişilərin yarışının birinci mərhələsində həmyerlilərimizdən yalnız ölkə çempionu adını daşıyan Vasif Durarbəyli mübarizəyə qatılıb və finlandiyalı Dmitriy Sklyarovla qarşılaşıb. İlk partiyada rəqiblə xal bölən (0,5:0,5) çempionumuz ikinci oyunda rəqibini mat qoymaqla (1:0) tam üstünlüklə (1,5:0,5) qalib gəlib və mərhələni aşıb.
Zəriflərimizə gəlincə, burada vəziyyət ürəkaçan olmayıb. Beləki mübarizəyə startdan (1\64 finaldan) qatılan 3 təmsilçimizdən ikisi - Türkan Məmmədyarova və Ülviyyə Fətəliyeva uduzaraq mübarizəni erkən dayandırıb. Onlardan fərqli olaraq, estoniyalı Mai Narva ilə ilk oyunda qalib gələn Gülnar Məmmədova isə ikinci oyunda məğlub olduğu üçün hesab bərabərləşib (1:1) və buna görə də mübarizəni tay-brekdə davam etdirmək məcburiyyətində qalıb.
Yeri gəlmişkən, yüksək reytinqə malik olan daha 3 təmsilçimiz - Şəhriyar Məmmədyarov, Hicat Abbasov və Günay Məmmədzadə isə mübarizəyə növbəti mərhələdən qatılacaq. Reqlamentə görə turnirin finalçıları (ilk iki yerin sahibi) iddiaçılar turnirinda iştirak etmək hüququ qazanmış olacaq.
Qadınların yarışına 1-3 avqust günülərində, kişilərin turnirinə isə 4-6 avquet aralığında baş tutacaq final matçları ilə yekun vurulacaq.
İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]