Masallı şəhərində 22 küçənin asfaltlanması yekunlaşmışdır -(AZpress.AZ- Ş.ƏLİHÜSEYN)

Masallı şəhərində 22 küçənin asfaltlanması yekunlaşmışdır -(AZpress.AZ- Ş.ƏLİHÜSEYN)

 Masallı şəhərində 22 küçənin asfaltlanması yekunlaşmışdır -(AZpress.AZ- Ş.ƏLİHÜSEYN)

 

Masallı şəhəri ərazisində nəzərdə tutulmuş 22 küçəyə asfalt örtüyünün vurulması yekunlaşmışdır. Belə ki, ümumi uzunluğu 9 km-ə yaxın şəhərin 22 küçəsində 38000 kv.m ərazidə asfalt döşənməsi nəzərdə tutulmuşdur ki, bundan uzunluğu 1200 metr olan Xətai küçəsinə 7200 kv.m, uzunluğu 850 metr olan Əhməd Rəcəbli küçəsinə 3130 kv.m, uzunluğu 636 metr olan Nizami Gəncəvi küçəsinə 2414 kv.m, uzunluğu 636 metr olan Həsən Əliyev küçəsinə 2290 kv.m, uzunluğu 420 metr olan Heydər Əliyev prospekti döngə 3-də 1704 kv.m, uzunluğu 290 metr olan Abbas Səhhət küçəsinə 1044 kv.m, uzunluğu 240 metr olan S.Mehmandarov küçəsinə 864 kv.m, uzunluğu 450 metr olan Zəlimxan Yaqub küçəsinə 1620 kv.m, uzunluğu 700 metr olan Xəlil Rza Ulutürk küçəsinə 2572 kv.m, uzunluğu 320 metr olan Z.Tağıyev küçəsinə 1280 kv.m, uzunluğu 550 metr olan Xəqani Şirvani küçəsinə 1980 kv.m, uzunluğu 180 metr olan Cavanşir küçəsinə 612 kv.m, uzunluğu 115 metr olan Azərbaycan küçəsinin 1-ci döngəsinə 345 kv.m, uzunluğu 135 metr olan Azərbaycan küçəsinin 2-ci döngəsinə 445 kv.m, uzunluğu 500 metr olan Yusif Məmmədəliyev küçəsinə 1800 kv.m, uzunluğu 125 metr olan Təbriz küçəsinin 1-ci döngəsinə 425 kv.m, uzunluğu 280 metr olan Təbriz küçəsinin 2-ci döngəsinə 952 kv.m, uzunluğu 600 metr olan İntiqam Əsgərli küçəsinə 4800 kv.m, uzunluğu 60 metr olan Qarabağ küçəsinin 4-cü döngəsinə 450 kv.m, uzunluğu 60 metr olan Zərifə Əliyeva küçəsninin 1-ci döngəsinə 360 kv.m, uzunluğu 350 metr olan Səttar Bəhlulzadə küçəsinə 1260 kv.m və Aşıq Alı küçəsinin 110 metrlik hissəsinə 396 kv.m asfalt örtüyü döşənərək işlər tam yekunlaşmışdır.

Hazırda asfaltlanmış 22 küçənin kənarlarına çınqıl döşənməsinə başlanılmışdır.

ƏLİHÜSEYN ŞÜKÜROV.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]