Tahir Əmiraslanov öz qəhrəman həmkarları haqqında yazdı... +FOTO=2

Tahir Əmiraslanov öz qəhrəman həmkarları haqqında yazdı... +FOTO=2

Tahir Əmiraslanov öz qəhrəman həmkarları haqqında yazdı... +FOTO=2

 

Bu gün çox böyük və xoşbəxt bir hadisə yaşadıq. Azərbaycan Milli Kulinariya Assosiasiyasının Fəxri Üzvü, Döyüşçü Aşpazlar Komitəsinin Sədri, Usta Aşpaz, qazimiz Ruslan Şıxıyevə, hər bir Azərbaycanlının qürur mənbəyi, fəxri, doğması, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Sərkərdə, Ali Baş Komandanımız İlham Əliyev cənabları şəxsən özü 3 otaqlı mənzil hədiyyə verdi.
Aslanımız, Ruslanımız bizə ən böyük şərəf verdi, Prezidentimizin yanından bir başa, birinci bizim yanımıza gəldi. Xoş xəbəri ilk biz bildik. Anasına göz aydınlığı verdik. Kollektivimizdə sevinc göz yaşları selə döndü.
Hamımız bu günü səbirsizliklə, həsrətlə gözləyirdik.
Təltif edilən, ev verilən 8 nəfərdən biri bizim həmkarımız, oğlumuz, aşpazdır!
Öz adımdan, Milli Kulinariya Mərkəzi və Assosiasiyamız adından, bütün kulinariya İcması adından bizə Qarabağı və qürurumuzu qaytaran, Müzəffər Sərkərdəmiz İlham Əliyev cənablarına sonsuz minnətdarlığımızı bildiririk.
Allah Sizi qorusun əziz Prezidentimiz! Qarşınızda baş əyirəm! Var olun !

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]