Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İctimai Şuranın iclası keçirilib - FOTO

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İctimai Şuranın iclası keçirilib - FOTO

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İctimai Şuranın iclası keçirilib.
 

İclasda şuranın Reqlamenti, Əsasnaməsi, Fəaliyyət planı və cari məsələlər müzakirə edilib.
 

Reqlament səsvermə əsasında qəbul olunub.
 

Əsasnamənin digər şura üzvləri arasında müzakirəyə çıxarıldıqdan sonra növbəti iclasda təsdiqlənməsi təklifi səsə qoyularaq qəbul edilib.
 

Sonra İctimai Şuranın Fəaliyyət planının müzakirəsi dinlənilib.
 

Daha sonra cari məsələlərə baxılıb. Bir sıra məsələlərlə yanaşı, şəhid və qazi ailələrinin telefon və internet problemlərinin həll edilməsi istiqamətində işlərin görülməsi müzakirə predmeti olub.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]