Pauerliftinqçilərimiz Tokio Paralimpiadasına hazırlığı Gürcüstanda davam etdirəcəklər İNTİQAM təqdim edir (Azpress.AZ)

Pauerliftinqçilərimiz Tokio Paralimpiadasına hazırlığı Gürcüstanda davam etdirəcəklər İNTİQAM təqdim edir (Azpress.AZ)

 PARALİMPİYA
------------------------------------------------------
Pauerliftinqçilərimiz Tokio Paralimpiadasına hazırlığı Gürcüstanda davam etdirəcəklər


 

 

 


Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin (AMPK) pauerliftinq idman növü üzrə milli komandası baş məşqçi İlqar İbişovun rəhbərliyi altında iyulun 15-də Gürcüstanın Bakuriani şəhərinə yollanıb. Bu səfərdə məqsəd atletlərimizin Tokio Paralimpia Oyunlarına hazırlığını davam etdirməkdir. Avqustun 4-dək davam edəcək toplanışa Tokio Paralimpiadasına lisenziya qazanan pauerliftinqçilərimiz Pərvin Məmmədov (-49 kq), Nurlan Babacanov (-97 kq), Elşən Hüseynov (-107 kq) və Şamo Aslanov (+107 kq) dördlüyü cəlb edilib. Yeri gəlmişkən, Azərbaycan Milli Paralimpiya komandası bu günə qədər 6 idman növü üzrə 34 lisenziya qazanıb. Bunlardan 11-i idmanın cüdo, 10-u atletika, 4-ü parataekvando, 4-ü pauerliftinq, 3-ü üzgüçülük və 2-si güllə atıcılığı növündəndir. Azərbaycan Paralimpiya tarixində bu rekord göstəricidir.

Təlim-məşq toplantısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeyliyində Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə həyata keçirilir.

İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]