Şahmatçılarımızın DK-da sülh günü olub, Şəhriar Məmədyarovsa erməniylə xal bölüb - İNTİQAM təqdim edir (AZpress.AZ)

Şahmatçılarımızın DK-da sülh günü olub, Şəhriar Məmədyarovsa erməniylə xal bölüb - İNTİQAM təqdim edir (AZpress.AZ)

Şahmatçılarımızın DK-da sülh günü olub, Şəhriar Məmədyarovsa erməniylə xal bölüb - İNTİQAM təqdim edir (AZpress.AZ)

 

Soçidə şahmat üzrə keçirilən Dünya Kubokunun İyulun 15-də start götürən növdəti mərhələsinin ilk partiyaları çaş tutub. Kişilərin yarışında 1\64. qadınlarda isə 1\32 final mərhələyə start verilib. Bu mərhələ yarışlarına ikisi qadın olmaqla 5 şahmatçımız qatılıb ki, onların da hamısı rəqiblə sülh bağlayıb. Kişilərin yarışında ölkəmizin bir nömrəlisi olan və FİDE reytinqində Top-10-da 6-cı yeri tutan Şəhriyar Məmmədyarov erməni Qriqor Mixitaryanla, Nicat Abbasov erməni Şant Sarqsyanla, Vasif Durarbəylisə rusiyalı Aleksandr Predkeylə xalları yarı bölüb - 0,5:0,5. Qadınlarımıza gəlincə, Günay Məmmədzadə slovakiyalı Laura Unukla, Gülnar Məmmədovasa gürcü şahmatçı Lela Cavaxişvili ilə sülhə razılaşıb - 0,5:0,5. Yeri gəlmişkən, iddiaçılar turnirinə seçmə xarakteri daşıyan bu turnirn ilk ilk mərhələsində iki qadın təmsilçimiz - Türkan Məmmədyarova və Ülviyyə Fətəliyeva uduzaraq, mübarizəni erkən dayandırıb.
Reqlamentə görə turnirin finalçıları iddiaçılar turnirində iştirak etmək hüququ qazanmış olacaqlar.

İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]