Azərbaycanlı alim dünyada ilkə imza atdı: şəkərsiz zülal sintezi texnologiyasının İXTİRASINA görə Amerika patenti aldı +FOTO

Azərbaycanlı alim dünyada ilkə imza atdı: şəkərsiz zülal sintezi texnologiyasının İXTİRASINA görə Amerika patenti aldı +FOTO

Azərbaycanlı alim dünyada ilkə imza atdı: şəkərsiz zülal sintezi texnologiyasının İXTİRASINA görə Amerika patenti aldı 

 

 

 

Türkiyənin Səhiyyə Nazirliyinin Sağlamlıq İnstitutları Başkanlığının Peyvənd Elmi Komitəsinin üzvü, Akdeniz Universitetinin professoru, AMEA-nın müxbir üzvü Tərlan Məmmədov dünyada ilk dəfə şəkərsiz zülal sintezi texnologiyasını yaradıb.

 

Bu barədə Aztibb.az-a açıqlama verən alim bu ixtira ilə əlaqədar 2 patent aldığını qeyd edib. Bildirib ki, 3-cü və ən mühüm hesab etdiyi patent isə cari ilin iyun ayının 22-də Amerika Patent Ofisi tərəfindən verilib.

 

T.Məmmədovun sözlərinə görə, bu texnologiya ilə mühüm peyvəndlər, terapevtik zülallar, fermentlər, anticisimlər, sənaye fermentləri və tibbi qida qatqıları sintez edilir.

 

Alim bu texnologiya üzrə Amerika patentinin alınmasının mühüm hadisə olduğunu və elmdə çox böyük bir ixtira hesab edildiyini vurğulayıb.

 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]