Lənkəran teatrı 130-cü mövsümünə yekun vurub - (AZpress.AZ - B.Ağaddin, +FOTO=11)

Lənkəran teatrı 130-cü mövsümünə yekun vurub - (AZpress.AZ - B.Ağaddin, +FOTO=11)

Lənkəran teatrı 130-cü mövsümünə yekun vurub-( AZpress.AZ - B.Ağaddin, +FOTO=11)

 

 

 

Bir neçə ildir ki, Lənkəran Dövlət Dram Teatrı mövsümün açılış və bağlanış mərasimlərini doğma səhnədən kənarda keçirir. Ənənəsinə sadiq qalan kollektiv özünün 130-cü mövsümünə ötən gün Astara rayonunun Burzuband kəndində açıq məkanda yekun vurub.

AZpress.AZ xəbər verir ki, bu münasibətlə keçirilən tədbiri giriş sözü ilə açan Astara Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Firəngiz Sadıxova teatrın yaradıcı kollektivinə130 illik yubileyi münasibətilə İcra başçısı Qəzənfər Ağayevin təbrikini çatdıraraq truppanın bir neçə üzvünə RİH-nin Fəxri fərmanlarını təqdim edib.
Daha sonra teatrın direktoru Tofiq Heydərov mövsum ərzində görülmüş işlərdən və qarşıda duran vəzifələrdən danışıb.

Rəsmi hissədən sonra görkəmli Azərbaycan dramaturqu Cəfər Cabbarlının “Vəfalı Səriyyə, yaxud göz yaşı içində gülüş” tamaşası astaralı teatrsevərlərə təqdim olunub.
Ailə-məişət mövzusundakı tamaşada bir-birinə səmimi hisslər bəsləyən Səriyyə və Rüstəmin məhəbbəti ön planda təsvir olunur. Səhnə əsərində cəmiyyətin əsas mövcud problemləri, o cümlədən ictimai, əxlaqi-mənəvi inkişafa mane olan gerilik, mühafizəkar insanların çürük adətlərə sadiqliyi, pulun cəmiyyətə və əxlaqa göstərdiyi pozucu təsir kəskin tənqid atəşinə tutulur.


 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]