Olimpiadada 289 boksçu rinqə çıxacaq Çələbiyevin potensial rəqibi daha çoxdur - İNTİQAM təqdim edir (AZpress.AZ)

Olimpiadada 289 boksçu rinqə çıxacaq Çələbiyevin potensial rəqibi daha çoxdur - İNTİQAM təqdim edir (AZpress.AZ)

BOKS
--------------------------------------------------------
Olimpiadada 289 boksçu rinqə çıxacaq
Çələbiyevin potensial rəqibi daha çoxdur

 

 

İyulun 23-dən avquatun 8-dək Yaponiyanın paytaxtı Tokioda keçiriləcək 32-ci Yay Olimpiya Oyunlarının proqramına daxil olan boks yarışlarına iyulun 24-də start veriləcək və avqustun 8-də isə (Olimpiadanın son günündə) final döyüşləri ilə yekun vurulacaq. Tokio-2020-nin proqramında yer alan boks yarışlarında Azərbaycan da daxil olmaqla, medallar uğrunda planetin 81 ölkəsindən 289 boksçu mübarizə aparacaq. Ölkəmizi bu yarışda 5 boksçu təmsil edəcək. Artıq boksçularımızın çıxış etdiyi çəki dərəcəsində olan rəqiblərin sayı da bəllidir. Say baxımdan ən çox boksçu dünya çempionu Cavid Çələbiyevin (63 kq) çıxış etdiyi çəki dərəcəsində cəmləşib - 29 boksçu. Digər təmsilçilərimizə gəlincə, vəziyyət belədir:
Tayfur Əliyev (57 kq) - bu çəkidə 27 boksçu cəmləşib;
Lorentso Sotomayor (69 kq) - 23 boksçu;
Alfonso Dominqes (81 kq) - 22 boksçu;
Maqomed Abdullayev (+91 kq) - 17 boksçu.
Göründüyü kimi. Çələbiyev finala çıxmaq üçün uzun bir yol keçməlidir. Ən azı 5 döyüş. Yeri gəlmişkən, Tokio-2020-nin boks yarışıarı "Ryoçoku Kokuçikans" idman arenasında keçiriləcək. Bir məqamı da qeyd edək ki, Olimpiadaya lisenziya qazanan boksçularımız Olimpiadaya hazırlıq məqsədi ilə hazırda İtaliyada beynəlxalq təlim-məşq toplanışındadırlar. Toplanış iyulun 18-də başa çatacaq və boks yığmamız İtaliyadan birbaşa Olimpiadanın keçiriləcəyi yerə - Gündoğar Ölkəyə yollanacaq.
İNTİQAM Məmmədov 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]