Azərbaycan AÇ-də 7 şahmatçı ilə təmsil olunacaq - İNTİQAM təqdim edir (AZpress.AZ)

Azərbaycan AÇ-də 7 şahmatçı ilə təmsil olunacaq - İNTİQAM təqdim edir (AZpress.AZ)

 ŞAHMAT
----------------------------------------------------------
Azərbaycan AÇ-də 7 şahmatçı ilə təmsil olunacaq

 

 

Avqustun 26-da İslandiyanın paytaxtı Reykyavikdə kişi şahmatçılar arasında fərdi Avropa çempionatı start götürəcək. Sentyabrın 5-dək davam etməsi nəzərdə tutulan bu yarışda Azərbaycan 7 zəka sahibi ilə təmsil olunacaq. Bu yeddilikdə isə Nicat Abbasov, Rauf Məmmədov, Vasif Durarbəyli, Eltac Səfərli, Nicat Məmmədov, Aydın Süleymanlı və Riad Səmədov cəmləşib. Hazırda şempionatda iştirak etmək üçün 160 şahmatçı sifariş verib. Bu siyahı avqustun 5-dək uzana bilər. Bir məqamı da qeyd edək ki, bəlli turnirdə ilk 23 yeri tutan şahmatçı Dünya Kubokunda iştirak etmək hüququ qazanacaq. Yeri gəlmişkən, hazırda Soçidə (Rusiya) keçirilən və iddiaçılar turnirinə seşmə xarakteri daşıyan Dünya Kubokunda (DK) 3 şahmatçımız - Şəhriyar Məmmədyarov, Nicat Abbasov və Vasif Durarbəyli mübarizə aparır. Durarbəyli birinci mərhələni (1\126 final) uğurla başa vuraraq, ikinci mərhələdə mübarizəni davam etdirir. Məmmədyarovla Abbasov isə daha yüksək reytinqli olduğu üçün mübarizəyə elə ikinci mərhələdən qatılıb. Dünən hər 3 şahmatçımız DK-nun ikinci mərhələsinin ilk oyununda rəqiblə sülh bağlayıb.
İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]