Narkotik satışının sosial platformalara ayaq açması – Çıxışa doğru da MÜZAKİRƏ (+FOTO=3, +VİDEO)

“Narkotik satışının sosial platformalara ayaq açması” – “Çıxışa doğru”da MÜZAKİRƏ (+FOTO=3, +VİDEO)

“Narkotik satışının sosial platformalara ayaq açması” – “Çıxışa doğru”da MÜZAKİRƏ(+FOTO=3, +VİDEO)

 

Ölkə ərazisində xüsusən onlayn yolla narkotik vasitə və psixotrop maddələrin satışını həyata keçirən mütəşəkkil cinayətkar dəstə üzvlərinin müəyyən edilərək tutulması istiqamətində ötən dövrlər ərzində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən bir neçə uğurlu əməliyyat tədbiri həyata keçirilib.

Araşdırma zamanı müəyyən edilib ki, adları istintaqa məlum olan və xaricdə yaşayan dəstənin rəhbərləri narkotiklərin onlayn satışını həyata keçirən şəbəkə yaradıblar. Dəstə üzvləri müxtəlif üsullardan istifadə edərək verilən tapşırıqlar əsasında narkotik vasitələri Bakı şəhəri və respublikanın müxtəlif yerlərində yerləşdiriblər. Sonradan şəbəkəyə daxil olan narkokuryerlər həmin yerlərin şəklini çəkib vatsap ani mesajlaşma sistemi ilə dəstə başçılarına göndəriblər.

AzTV-nin “Çıxışa doğru” verilişində “Narkotik satışının sosial platformalara ayaq açması” mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları – Azərbaycan Milli QHT Forumunun prezidenti Rauf Zeyni, psixiatr Əziz Mustafayev, "Şərq" qəzetinin redaktoru Ayyət Əhməd və keçmiş istifadəçi Nicat Zeynalov mövzu ətrafında müzakirə aparıblar.

“Çıxışa doğru” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]