Qaranlıqda bir işıq iki dildə

“Qaranlıqda bir işıq” iki dildə

“Qaranlıqda bir işıq” iki dildə 

 

"Qarabağa kitabla gedək" layihəsi çərçivəsində Türkiyənin "İLESAM" təşkilatı tərəfindən toplanmış kitablar arasında İLESAM Başkanı Mehmet Nuri Parmaksızın Ankarada nəşr olunmuş “Qaranlıqda bir işıq” (A Light in the Darkness) adlı kitabı da yer alıb. Maraqlıdır ki, kitab iki dildə - türk və ingilis dillərində çapdan çıxmış, kitaba hər iki dildə Azərbaycan yazıçısı, filologiya üzrə fəlsəfə doktoru Kamran Nəzirli ön söz yazmışdır. Kitab 2000 nüsxə ilə nəşr edilib və toplanan şeirləri dəingiliscəyə K. Nəzirli çevirib. Bunu M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Türkiyə Elm və Ədəbi Əsər Sahibləri Birliyi (İLESAM) tərəfindən Azərbaycana gətirilmiş kitabların təqdimetmə mərasimində təşkilatın sədri, türk şairi və filosofu Mehmet Nuri Parmaksız söyləmişdir. “Qaranlıqda bir işıq” Mehmet Nurinin fəlsəfi şeirlər toplusudur, məzmun və forma etibarıyla böyük Ruminin coşqu və sevgi dolu şeirlərini, bir qədər də Şəms Təbrizinin ruhunu xatırladır. Kitaba  toplanmış “Oyan, ey insan, oyan”, “Sükut quşu”, “Kalu-bela” qoxusu”, “Pərdə”, “Ruzgar”, “Gecəni gündüzə boyayıram”, “Açılacam dünyaya”, “Ölümün içindəki ölüm”, “Göz yaşlarıyla yuyulan xəyal” və s. şeirlər qoca Şərqin dahi şairlərindən sayılan Mövlana Cəlaləddin Ruminin məsnəvi, rubai və qəzəllərindəki dərin fəlsəfi fikirlərin və mənəvi-əxlaqi dəyərlərin daha anlaşıqlı başa düşülməsinə kömək
edir. “Allaha çatacaq çox yol var, mən bunlardan Eşqi seçdim” deyən Mövlananın ruhuna sadiq qalan Mehmet bəy öz əsərlərində Allaha sevgini anlatmağa çalışır, insanları bu İlahi varlığa yaxınlaşmağa
səsləyir. Böyük qüdrət sahibinə olan Eşq onun yaratdığı hər şeyə sevgiylə, qayğıyla yanaşmağı tələb edir, kamil insan bunu anlamalıdır. Kitabda toplanan şeirlərin əsas məğzi də bundan ibarətdir” deyə kitabın tərcüməçisi və ön sözünün müəllifi Kamran Nəzirli müxbirimizə bildirmişdir. “Qaranlıqda bir işıq” ofset üsulu ilə Türkiyənin Əfsun Nəşriyyat və Yayın Evində nəşr edilib. Kitabın redaktoru H. Ömer Ünal, yayınçı və genel yayın yönetməni Arif Dəmirbaş, genel kordinatoru Nelihan Gürsoydur.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]