Ağcabədidə şəhid Xəzər Bayramovun adına bulaq açılıb - Mais İbrahimov, Ağcabədi (+FOTO=49)

Ağcabədidə şəhid Xəzər Bayramovun adına bulaq açılıb - Mais İbrahimov, Ağcabədi (+FOTO=49)

Ağcabədidə şəhid Xəzər Bayramovun adına bulaq açılıb - Mais İbrahimov, Ağcabədi (+FOTO=49)

 

Ağcabədi rayonunun Qaravəlli kəndində Vətən müharibəsində qəhrəmancasına həlak olmuş şəhid Bayramov Xəzər Azad oğlunun xatirəsini əbədiləşdirmək üçün bulaq kompleksinin açılış mərasimi olmuşdur.

Xəzər Azad oğlu Bayramov 1997-ci il noyabrın 14-də Ağcabədi rayonunun Qaravəlli kəndində anadan olub.

Azərbaycan Ordusunun əsgəri olan Xəzər Bayramov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub Xəzər Bayramov 3 oktyabr 2020 - ci ildə Qaravəlli kənd qəbristanlığında dəfn olunub.

AZpress.AZ- ın bölgə müxbiri xəbər verir ki, sözügedən xatirə kompleksi şəhidin yaxın qohumu, hal-hazırda Rusiya Federasiyasında yaşayan xeyriyyəçi Mübariz Rəsulovun şəxsi vəsaiti hesabına ərsəyə gətirilib.
Xatirə bulaq kompleksinin açılışında şəhidin yaxın qohumları, kənd sakinləri, ziyalılar, kənd bələdiyyə və icra nümayəndələri, media mənsubları qatılıblar. Tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyəti başçısı Aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Şöhrət Orucov iştirak edib.
Şəhidin əmisi oğlu Vətən müharibəsi qazisi Niyaz Bayramlı çıxış edərək Xəzərin keçdiyi qısa və mənalı ömür yolundan, Vətən müharibəsi dövründə qəhrəmanlığından danışıb və xatirələrini bölüşüb.
¬¬
Tədbir iştirakçıları Qaravəlli kənd qəbristanlığına yollanaraq, şəhid Xəzər Bayramovun məzarını ziyarət edib, üzərinə tər çiçəklər düzüb, ruhuna dualar oxunub.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]