Velosipedçimiz Elçin Əsədov Olimpadaya yollanacaq - İNTİQAM təqdim edir (AZpress.AZ)

Velosipedçimiz Elçin Əsədov Olimpadaya yollanacaq - İNTİQAM təqdim edir (AZpress.AZ)

Velosipedçimiz Elçin Əsədov Olimpadaya yollanacaq - İNTİQAM təqdim edir (AZpress.AZ)

 

Azərbaycanlı velosipedçi Elçin Əsədov iyulun 21-də 32-ci Yay Olimpiya Oyunlarının keçiriləcəyi Yaponiyaya yola düşəcək. Velosipedçimiz Olimpiadada şose velosipedinin qrup ötüşməsində mübarizə aparacaq. Avqustun 24-də başlanacaq bu yarışda Elçin Əsədov da daxil olmaqla 130 iştirakçı mübarizə aparacaq. Bir gün öncə isə Azərbaycan Velosiped İdmanı Federasiyasının (AVİF) 1-ci vitse-prezidenti Sahib Ələkbərov Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirak etmək hüququ qazanan Elçin Əsədovla görüşüb. AVİF-dən aldığımız məlumata görə görüşdə federasiyanın baş katibi Fərhad Əliyev və yığma komandanın baş məşqçisi Əbülfəz Məmmədov da iştirak edib. Əsədova Tokio-2020-də uğurlar arzulayan Sahib Ələkbərov Azərbaycan velosiped məktəbinin öz yetirməsinin bu mötəbər yarışda ilk dəfə iştirak hüququ qazanmasını xüsusi qeyd edib və bunun gənc velosipedçilər üçün stimul olduğunu deyib. Ələkbərov iyulun 24-də start xəttinə çıxacaq Elçin Əsədovun ölkəmizi layiqincə təmsil edəcəyinə inandığını vurğulayıb.
Bu arada Elçin Əsədov da hazırlıq prosesinin plana uyğun getdiyini deyib və Tokioda uğurlu çıxış üçün bütün bacarığını səfərbər edəcəyini bildirib.

İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]