Elçibəyin oğlu Ərturqut evlənir- Toy tarixi AÇIQLANDI

Elçibəyin oğlu Ərturqut evlənir- Toy tarixi AÇIQLANDI

Elçibəyin oğlu Ərturqut evlənir Toy tarixi AÇIQLANDI

 

Mərhum eks-prezident Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyev evlənir.

Bu barədə Elçibəyin kürəkəni Aqil Səmədbəyli bildirib.

Onun sözlərinə görə, qaynı Ərturqut Əliyev Əbülfəz bəyin silahdaşı olmuş həmkəndlisi və qohumu Mirhadi müəllimin qızı Aytək xanımla ailə həyatı quracaq.

İyulun 22-si Naxçıvanda qız toyu, iyulun 30-da isə Bakıda oğlan toyu olacaq.

Elçibəyin oğlu Ərturqut Əliyev Fövqəladə Hallar Nazirliyində çalışır.

Mərhum Əbülfəz Elçibəy 1992-93-cü illərdə Azərbaycan Respublikasının prezidenti olub. Elçibəy 22 avqust 2000 -ci ildə vəfat edib. Bakıdakı Fəxri Xiyabanda dəfn olunub.

Elçibəyin iki övladı var: qızı Çilənay bir neçə ildir ki, ailəsilə birgə Türkiyədə yaşayır, oğlu Ərturqut Bakıda Fövqəladə Hallar Nazirliyinin işçisidir.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]