Azərbaycanın qrup komandası Tokio-2020-də 13 komandayla rəqabət aparacaq - İNTİQAM təqdim edir (AZpress.AZ)

Azərbaycanın qrup komandası Tokio-2020-də 13 komandayla rəqabət aparacaq - İNTİQAM təqdim edir (AZpress.AZ)

Azərbaycanın qrup komandası Tokio-2020-də 13 komandayla rəqabət aparacaq - İNTİQAM təqdim edir (AZpress.AZ)

 

Azərbaycanı Tokio-2020-nin proqramına daxil olan gimnastikanın həm bədii (fərdi və qrup komanda), həm də idman növü üzrə yarışlarda təmsil edəcək idmançılar artıq Gündoğar Ölkəyə yollanıblar. Xəbər verdiyimiz kimi, ölkəmizi bədii gimnatika üzrə fərdi yarışlarda Zöhrə Ağamirova, qrup komanda yarışında isə heyəti Zeynəb Hümmətova, Ləman Əlimuradova, Nərminə Səmədova, Yelizaveta Luzan və Darya Sorokina beşliyi təmsil edəcək. Bu arada qrup komandamızın potensial rəqibləri də bəlli olub. 13 əsas rəqib arasında Rusiya, Bolqarıstan. İtaliya, Yaponiya. Belarus, İzrail, Avstraliya. Çin, Misir, Özbəkistan, Braziliya. Ukrayna və ABŞ yer alıb. Zöhrə Əmirovanın mübarizə aparacağı fərdi yarışlarda isə 26 sinyora mübarizə aparacaq. Həm qrup komandamız, həm də Əmirova çoxnövçülük yarışında nəyə qadir olduğunu göstərəcək. İdman gimnasikasında isə İvan Tixonovla Marina Nekrasova cütlüyü çıxış edəcək. Azərbaycan Gimnastika Federasiyasından (AGF) verilən məlumata görə, Tixonov mübarizəyə iyulun 24-də, Nekrasovasa ertəsi gün qatılacaq.

İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]