Nazim Babayev Tokio-2020-də 31 atletə qarşı mübarizə aparacaq - İNTİQAM təqdim edir (AZpress.AZ)

Nazim Babayev Tokio-2020-də 31 atletə qarşı mübarizə aparacaq - İNTİQAM təqdim edir (AZpress.AZ)

Nazim Babayev Tokio-2020-də 31 atletə qarşı mübarizə aparacaq - İNTİQAM təqdim edir (AZpress.AZ)

 

Ölkəmizi iyulun 23-dən avqustun 8-dək Yaponiyanın paytaxtı Tokioda təşkil ediləcək 32-ci Yay Olimpiya Oyunlarının yüngül atletika üzrə yarışlarında təmsil edəcək Nazim Babayevin meydana çıxacağı gün və mübarizə aparacağı rəqiblərin sayı bəlli olub. Məlum olub ki, uzunluğa tullanma üzrə yarışlarda iştirak edən Babayev Tokio-2020-də mübarizəyə avqustun 3-də qatılacaq. O, yarışda 31 atletlə mübarizə aparacaq. Reqlamentə görə, ilkin təsnifat mərhələsində ilk 12 yeri tutan atlet mübarizəni finaldan davam etdirəcək.
Bu arada digər atletimiz - dəmir çəkic atan Anna Skidanın da yarış günü və rəqibləri elan edilib. Avqustun 1-də meydana cıxan Ckidan 32 rəqiblə mübarizə aparmalı olacaq.
İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]