Yeniyetmə sərbəst güləşçilərimiz DÇ-də - İNTİQAM təqdim edir (AZpress.AZ)

Yeniyetmə sərbəst güləşçilərimiz DÇ-də - İNTİQAM təqdim edir (AZpress.AZ)

 GÜLƏŞ
-----------------------------------------------------------------
Yeniyetmə sərbəst güləşçilərimiz DÇ-də

 

 

 


İyulun 19-da Macarıstanın paytaxtı Budapeştdə yeniyetmə güləşçilərin dünya çempionatına start verilib. İyulun 25-dək davam edəcək bu çempionatın ilk üç günü sərbəst güləşçilər mübarizə aparacaqlar. Məsul yarışda ölkəmizi sərbəst güləş üzrə mübarizə baş tutacaq. Məsul yarışda ölkəmizi böyük məşqçi Əsgərxan Novruzovun, məşqçilər Vahid Məmmədovla Yaşar Əliyevin rəhbərliyi altında təmsil edəcək sərbəst güləş üzrə yığmanın heyətində Yusif İsparov (45 kq), Hacı Kərimov (48 kq), Elman Məmmədov (51 kq), Cavid Cavadov (55 kq), Abdulrəhman İbrahimov (60 kq), Ağanəzər Novruzov (65 kq), İlkin Ağayev (71 kq), Səttərxan Allahverdili (80 kq), Yusif Dursunov (92 kq) və Azay İsmayılov (110 kq) yer alıb.
Qeyd edək ki, DÇ-də beynəlxalq dərəcəli hakim Natiq Hacıyev ədaləti qoruyacaq.
İlk yarış günündə 48, 55, 65, 80 və 110 kq-da çıxış edən sərbəst güləşçilər xalça üzərinə çıxıb. Azərbaycan Güləş Federasiyasından aldığımız məlumata görə ilk yarış günündə mübarizəyə qatılan təmsilçilərimizdən 3-nün medal qazanmaq şansı var.
55 kq:
1/8 final: Cavid Cavadov - Abdinur Nurlanbek (Qazaxıstan) 0:10
Təsəlliverici görüş: Cavid Cavadov - Luka Qvinjilia (Gürcüstan)
65 kq:
1/8 final: Ağanəzər Novruzov - Samuel Bistron (Çexiya) 10:0
1/4 final: Ağanəzər Novruzov - Patrik Tot (Macarıstan) 10:0
1/2 final: Ağanəzər Novruzov - Meyer Şapiro (ABŞ) 0:10
Bürünc medal görüşü: Ağanəzər Novruzov - Timur Yusov (Ukrayna)/Xabib Zavurbekov (Rusiya)
80 kq:
Təsnifat: Səttərxan Allahverdili - Denis Kirika (Rumıniya) 6:0 (tuşe)
1/8 final: Səttərxan Allahverdili - Murat Doğan (Türkiyə) 8:4
1/4 final: Səttərxan Allahverdili - Saqar Jaqlan (Hindistan) 4:12
Təsəlliverici görüş: Səttərxan Allahverdili - Radomir Stoyanov (Bolqarıstan)/Musa Arsunkayev (UWW)
Bu görüşlər günün axşam saatlarında baş tutacaq. Bu gün isə daha 5 sərbəst güləşçimiz mübarizəyə qatılıb.
İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]