Şəhriyar Məmmədyarov erməniyə uduzaraq DK-la vidalaşıb - İNTİQAM təqdim edir (AZpress.AZ)

Şəhriyar Məmmədyarov erməniyə uduzaraq DK-la vidalaşıb - İNTİQAM təqdim edir (AZpress.AZ)

Şəhriyar Məmmədyarov erməniyə uduzaraq DK-la vidalaşıb - İNTİQAM təqdim edir (AZpress.AZ)

 

 

 

 

İyulun 12-də Soçidə (Rusiya) kişi və qadın şahmatçılar arasında startı verilən və iddiaçılar turnirinə seçmə xarakteri daşıyan Dünya Kuboku davam edir. Bu gün kişilərin turnirində 3-cü (1\32 final), qadınlarda isə 1\16 final mərhələyə tay-brek oyunlarla yekun vurulub. Təəssüflər olsun ki, bu mərhələ Azərbaycan təmsilçiləri üçün heç də ürəkaçan olmayıb. Beləki, turnirə qatılan 7 (3 kişi və 4 qadın) şahmatçımızdan, Şəhriyar Məmmədyarov da daxil olmaqla, 4-ü məhz bu mərhələdə mübarizəni dayandırmaq məcburiyyətində qalıb. Günün sensasiya doğuran hadisəsi də elə Məmmədyarovun uduzması olub. 206 iştirakçı arasında reytinq göstəricisinə görə yalnız hazırki dünya çempionu Maqnus Karlsen (Norveç, 2847), Fabiano Karuana (ABŞ, 2806) və erməni Levon Aronyandan (2782) sonra 4-cü olan Məmmədyarov bu məhələdə erməni Naik Martirosyanla (2648) bacarmayıb. Rəqib şahmatçımızdan reytin göstəricisinə görə nəzəzrəçarpacaq dərəcədə geridə olsa da, mərhələni keçməyi bacarıb. İlk klassik görüşdə Məmədyarov uduzsa da, ikinci oyunda qalib gələrək hesabı bərabərləşdirib və oyunu tay-brekə uzadıb. Di gəl ki, tay-brekdə də ilk oyunda uduzan Məmmədyarov ikinci oyunda rəqiblə ancaq xal bölə bilib. Nəticədə isə o, 0,5:1,5 hesablı məğlubiyyətlə üzləşib və bununla da turnirlə erkən vidalaşıb. Bu mərhələdə Nicat Abbasov, Günay Məmmədova və Gülnar Məmmədzadə də məğlubiyyətlə üzləşib. Şahmatçılarımızdan yalnız biri Azərbaycanın hazırki çempionu Vasif Durarbəyli mərhələni aşa bilib. O, bu mərhələdə çexiyalı David Navaranı üstələyib - 1,5:0,5. Daha iki təmsilçimiz - Ülviyyə Fətəliyeva və Türkan Məmmədyarova isə mübarizəni ilkin mərhələdən dayandırıb. Yeri gəlmişkən, mükafat fondu 1 892 500 dollar təşkil edən kişilərin turnirində qalib şahmatçı 110,000 dollar qazanacaq. Təmsilçilərimizin mübarizəni dayandırdığı və mükafat fondu 676 250 dollar olan qadınların turnirində isə qalib 50,000 dollar əldə edəcək.

İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]