İyirmi yeni vaqon "Nərimanov" elektrik deposuna gətirilib - FOTO

İyirmi yeni vaqon "Nərimanov" elektrik deposuna gətirilib - FOTO

Sazlama işlərindən sonra xəttə buraxılacaq
 


İyun ayının sonuncu iki günü ərzində iki tərkibdə olmaqla, Rusiyanın “Metrovaqonmaş” müəssisəsindən Bakıya yola salınmış hər biri 5 vaqondan ibarət olan 4 yeni qatar “Nərimanov” elektrik deposuna gətirilib.


2019-cu ildə bağlanmış müqaviləyə uyğun olaraq, vaqonlar “Bakı Metropoliteni” QSC-nin sifarişi və texniki şərtlərinə uyğun istehsal olunub. İnnovasiyalar baxımından ən müasir - 4-cü nəslə məxsus 81-765. B81-/766. B modelli vaqonlardan ibarət qatarlar istismar müddətini başa vuracaq qatarların əvəzinə xəttə buraxılacaq.


Sərnişinə xidmət baxımından üstünlükləri qeyd etsək, kondisioner sistemi Bakının iqlim şəraitinə uyğunlaşdırılmaqla mikroiqlim nəzarəti sistemi havanın zərərsizləşdirilməsi funksiyasını, sabit hərarət rejiminin avtomatlaşdırılmış qaydada tətbiq edilməsini təmin edir. Bununla yanaşı, vaqonda ultrabənövşəyi lampalar da havanın zərərsizləşdirilməsi funksiyasını daha da gücləndirir.


Vaqondan-vaqona birbaşa keçidlər sərnişinlərin rahatlığını və bərabər paylanmasını təmin edir. Eyni zamanda qatarın tutumu 15 faiz artır. Uşaq və əlil arabaları, iri yüklər üçün nəzərdə tutulmuş sahələr, ayaq üstə dayanan sərnişinlər üçün çoxfunksiyalı zonalar da fərqli sərnişinə xidmət imkanlarının genişləndirir.


Maşinist kabinəsinin sahəsi geniş olmaqla daha rahat şəraitdə idarəetməyə şərait yaradır. Avtomatlaşdırılmış idarəetmə ilə yanaşı, daxili və xarici videomüşahidə sistemləri maşinistin nəzarət imkanlarını optimallaşdırır.


Yaxın günlərdə yeni vaqonlarda sazlama və tənzimləmə işləri aparılaraq, normativlərə uyğun yürüş sınaqları keçiriləcək. Xəttə buraxıldıqdan sonra metropolitenin lokomotiv parkındakı yeni qatarların sayı 19-a (95 vaqon) çatdırılacaq.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]