RSXM-də 2021-ci ilin altı ayında görülmüş işlərə dair müzakirələr keçirilib

RSXM-də 2021-ci ilin altı ayında görülmüş işlərə dair müzakirələr keçirilib

İyulun 17-də AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində Elmi-Texniki Şuranın iclası keçirilib. “Zoom” platforması üzərindən keçirilən iclasda Elmi-Texniki Şuranın üzvüləri və müvafiq şöbələrin rəhbərləri iştirak ediblər. İclasda RSXM-nin elmi və elmi-istehsalat şöbələrinin 2021-ci ilin birinci yarısında gördüyü işlərə dair müzakirələr aparılıb.

 

RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli gündəliyi elan etdikdən sonra mərkəzin müvafiq şöbələrinin rəhbərləri hesabatlarını təqdim ediblər. Hesabatlar təqdim edildikdən sonra ETŞ üzvüləri tərəfindən verilən suallara aydınlıq gətirilib.


İclasda həmçinin 2021-ci ildə RSXM-də yeddi mövzu üzrə aparılmış elmi-tədqiqat işlərinə dair yarımillik hesabatlar da təqdim olunub. Müzakirələrdən sonra Elmi - Texniki Şuranın iclasına yekun vurulub və hesabatlar yekdilliklə qəbul edilib.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]