Daha təhlükəli ştammlar yarana bilər- ÜST-dən XƏBƏRDARLIQ

Daha təhlükəli ştammlar yarana bilər- ÜST-dən XƏBƏRDARLIQ

Daha təhlükəli ştammlar yarana bilər- ÜST-dən XƏBƏRDARLIQ

 

Ümümdünya Səhiyyə Təşkilatının (ÜST) direktoru Tedros Adhanom Qebreyesus “Delta” variantından daha təhlükəli koronavirus ştammı barədə xəbərdarlıq edib.

 

Bu barədə o, Tokioda Beynəlxalq Olimpiya Komitəsinin (BOK) 138-ci sessiyasında çıxış edərkən elan edib.

 

ÜST rəhbərinin sözlərinə görə, koronavirus nə qədər geniş yayılsa, bir o qədər çox variant ortaya çıxacaq və onların hazırkı “delta” variantından daha təhlükəli olma potensialı var.


“Buna görə, nə qədər çox variant varsa, onlardan birinin peyvəndlərdən yayınma şansı daha yüksəkdir”, - deyə o, vurğulayıb.

 

Qebreyesus çıxışı zamanı Tokiodakı Olimpiya Oyunlarının koronavirus pandemiyası şəraitində təhlükəsiz şəkildə keçiriləcəyinə ümidini ifadə edib.

 

“Olimpiya Oyunları əvvəllər müharibələr və siyasi böhranlar fonunda baş tutub, ancaq tarixdə heç vaxt pandemiya dövründə keçirilməyib. Belə vaxtlarda dünyanın hər zamankından daha çox ümid bayramına ehtiyacı var”, - deyə o, bildirib.TASS

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]